Fevralın 2-də Qaqauziyada referendum keçirildi və
prosesin təşkili rəsmi Kişinyov tərəfindən ciddi təpkilərlə
qarşılandı. Bu və digər məslələri filologiya üzrə elmlər doktoru,
"Miras" ictimai təşkilatının üzvü, zaman–zaman publisit yazıları
ilə mediada çıxış edən qaquz əsilli Güllü Qərənfillə müzakirə
etdik. Hazırda Türkiyədə olsa da, qəlbi doğma Qaqauziyası ilə
döyünür.
- Qaqauziyada referendumu edən zəruri amillər nədən
ibarətdir?
- Moldova bu referendumu haqq etti, çünki Moldova rəsmilərinin
uzun illər yürütdüyü siyasət nəticədə buna gətirdi. Onlar Qaqauziya
ilə muxtar vilayət deyil, Moldovanın hansısa bir rayonu kimi
davaranırdılar. Müxtəlif atributları təhqir ediririlər, bayraqların
aşağı enməsini istəyirdilər. Bir sözlə, savadsız və işinin
öhdəsindən gələ bilməyən məmurlar hadisələri daha da
gərginləşdirdilər. Bu dönəmdə Rumıniya prezidenti Troyan Baseskunun
bəyanatları isə məsələni daha da mürəkkəbləşdirdi.
- Referendumun keçirilməsinə yalnız sadaladığınız
amillər təkan verdimi?
- Həm də bu amillər... Muxtar vilayətə az vəsait ayırırdılar.
Rusiya ilə əlaqələrin korlanmasına çalışır, zəmin yaradırdılar.
Təbii ki, bu nöqsanlar qaqauzların xoşun gəlmirdi. Diqqətə çatdırım
ki, qaqauzların əksəriyyəti Rusiyada işləyir, ailələrinə maddi
yardım edirlər.
- Qaqauziya Muxtar Vilayətinin rəhbəri Formuzal barədə
fikirləriniz maraqlı olardı. İşinin öhdəsindən gəlirmi, qaqauzlar
onun idarəçiliyindən razıdırlarmı?
- Bilirsinizmi, cənab Formuzal bütün tərəflər - Türkiyə, Rusiya
və Avropa ölkələri ilə normal əlaqələr qurmağa çalışır ki,
qaqauzlara yardım olunsun. Nə deyə bilərəm, bəzi moldovalı
siyasilərə baxanda kifayət qədər işinin öhdəsindən gələn bir
rəhbərdir. Doğrudur, dillə bağlı yetərli addım atmadığına görə ona
rəğbətim yoxdur. Hesab edirəm ki, bir qədər sərt olmaq lazımdır, o
isə, diplomatdır. Ana dilimiz əldən gedir.
- Əksər mütəxəssis və siyasi çevrələr Formuzalı Kremlin
layihəsi sayır, onu Rusiyanın adamı hesab edirlər. Siz bu
iddialarla paylaşırsınızmı?
- İnanın, hər hansı qəti fikir bildirməkdə çətinlik çəkirəm.
Amma dəqiq bilirəm ki, o, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK)
keçmiş əməkdaşıdır, ləqəbi də Tamerlandır.
- Aha, anladım. Bəs sadə qaqauzlar necə, onu
dəstəkləyirmi?
- Cari ilin feral ayının 2-də keçirilən referendumdan sonra onun
nüfuzu daha da artdı. Doğrudur, əleyhidarları da var, ancaq onların
sayı yetərli deyil. Onun ətrafında birləşənlərin sayı gün-gündən
artmaqdadır.
- Güllü xanım, istərdim müqaysəli şərh verəsiniz –
qaqauzlar Sovetlər Birliyi dönəmində yaxşı yaşayırdılar, yoxsa
müstəqil Moldovanın tərkibində? Hər hansı fərq
görürsünüzmü?
- O dövrdə mən də yaşamışam və cərəyan edən hadisələr hələ də
gözlərim önündədi. O vaxt iş yerləri vardı, insanlarımız kənd və
qəsəbələrdə yaşayırdı, ancaq məşğuliyyətləri də yox deiyildi.
Vaxtı-vaxtında əmək haqqı alırdı, başqaları necə, qaqauzlar da eyni
həyat tərzi sürürdülər. Sovetlər Birliyinin dağılmasından sonra
kiçik respublikalar daha da zəiflədi, xaos, işsizlik baş aldı.
Doğrudur, qaqauzlar ən böyük zərbəni SSRİ-də görüb. Qaqauzların 40
faizi deportasiya olunub, ana dildə danışmağa qadağalar
qoyulub.
- Qaquz türkləri nə qədər türk dünyasına bağlıdırlar və
nə qədər özlərini türk sayırlar? SSRİ-də, yoxsa indi assimilyasiya
olunub qaqauzlar?
- Əlbəttə, qaqauzlar özlərini türk kimi hiss edirlər. Ancaq
təəssüf olsun ki, türk dünyasına o qədər də bağlı deyillər. Təbii,
burada din amili də öz sözünü deyir. Referendumdan sonra provaslav
inanclı qaqauzlar Rusiyaya daha da meyl etməyə başladılar.
- Necə hesab edirsiniz, bu, qaqauzlar və türk dünyasına
hansı problemlər yarada bilər?
- Mən əminəm və bilirəm ki, türk dünyası qaqauzları sevir və
rəğbətlə yanaşırlar. Bizim özümüzdən də çox şey asılıdır. Ağıllı
davranmalı, türk dünyasının hörmətini qazanmalıyıq.
- Bəs rəhbər şəxslər, muxtar vilayət rəhbərliyi necə,
türk dünyası ilə əlaqələrə nə qədər önəm verir?
- Burda heç bir problem görmürəm - hörmətə hörmətlə yanaşırlar.
Amma təəssüf ki, türk dünyası barədə xəbərlər az olur bizdə. Bu
boşluqları doldurmalıyıq.
- Muxtar vilayət rəhbəri Formuzal necə, özünü türk kimi
hiss edirmi?
- Əlbəttə, amma bir fərqlə - pravoslav türkü olmaqla.
- Anladım.Güllü xanım, ziyalılardan, yaşlı nəsilin
nümayəndələrindən də çox şey asılıdır. Onlar bu yöndə hansı töhvəni
verirlər?
- Mən öz adımdan danışmaq istərdim – seçimim Moldova tərkibində
yaşamağımızdı. Bəziləri isə gələcəyini Rusiyada görürlər. Belə
adamlar az deyil. Qaqauziyanı itirməməsi üçün Moldova sanballı,
ölçülmüş və ağılı siyasət yürütməlidir. Qaquzlara qarşı səhvə yol
vermək olmaz.
- Qaquzlar nə qədər mütəşəkkildirlər? Məsələn, bölgənin
özünü televiziya kanalı, çap mediası və indi dəbdə olan internet
saytları varmı? Hansı dildə fəaliyyət göstərir bu kütləvi
informasiya vasitələri?
- Diqqətinizə çatdırım ki, muxtar vilayətdə bir televiziya
kanalı, 2 qəzet və 2 jurnal fəaliyyət göstərir. Hansı dildə çapına
və yayımına gəlincə, bildirmək istərdim ki, qaquz dili işlək dilin
50 faizini təşkil edir.
- Güllü xanım, bu, muxtar vilayətin problemlərinin,
həqiqətinin göstərilməsinə bəs edirmi?
- Razıyam sizinlə, olduca azdır. Bundan başqa, verilişlər də
keyfiyyətli və rəngarəng olmalıdır. Ən başlıca hədəf isə ana
dilinin qorunmasıdır.
- Yenə əvvəlki məqamlara qayıtmaq istərdim. Bilirsiniz,
qaquzlar artıq separatçı, Moldova ərazi bütövlüyünə təhlükə yarada
biləcək xalq kimi təqdim edilməyə başlanılıb. Qaqauz dostlarımız
bundan narahat deyillər?
- Bəli, xəbərimiz var, bu barədə hər gün məlumat oxuyur,
eşidirik.
- Şəxsən siz separatçı adlandırılmağınızdan narahat
deyilsiniz?
- İnanın, bu suala cavab vermək mənə çətindir. Amma görünən odur
ki, Dnestryanı bölgə və Qaqauziya qaynar hadisələrin episentrinə
çevrilməkdədir. Putinin hədəfləri bundan ibarətdir. Qeyd etdiyim
kimi, qaqauzların əksəriyyəti Rusiya ilə yaşamağın tərəfdarıdır.
Qaquziya Rusiyanın daxilinə keçsə, xalqımın gələcək taleyindən
narahat və nigaran qalardım.
- Məsələn, elə dünən Formuzalın bir video-müsahibəsinə
rast gəldim. Əmin şəkildə Avropanın ünvanına kəskin fikirlər
səsləndirirdi. Qaquzlar Avopaya buraxlılmamsından
ehtiyatlanmırmı?
- Haqlısınız, bizimkilərin də Avropanı görməyə gözləri yoxdu.
Burada Rusiyanın da xidmətini qeyd etmək istərdim, onları bizlərə
bu şəkildə təqdim edib. Düşünürəm ki, burada avropalıların da
günahı var, bölgə əhalisi ilə işləməyi bacarmalıdırlar. Ancaq
Rusiya elə edib ki, qaquzlar yalnız Rusiyanı görürlər.
- Güllü xanım, bu o anlama gəmirmi ki, bütün yollar
Romaya aparır? Yəni Qaquziyanın Rusiyaya birləşməsi ilə bağlı
həlledici referendumun keçirilməsi qaçılmazdır?
- Təəsüüf ki, bu, belədir. İndi bütün yollar Rusiyaya aparır.
Amma gəlin gözləyək, vaxtı qabaqlamayaq. Bu barədə danışmaq tezdir.
Həm də məsələlər Putinin kefindən asılıdır. Qeyri-müəyyənlik isə
hələ qalmaqdadır. Moldova Avopa Birliyinə, qaquzlar isə Gömrük
İttifaqına üstünlük verirlər.
- Bəs sizin proqnozlar nədən ibarətdi?
- Sadəcə, bir və əsas məqamı vurğulamaq istərdim – Allah xalqımı
bəlalardan qorusun.
- Moldovanın Dnestrayanı bölgəsiylə Qaqauziya Muxtar
Vilayəti arasında əlaqələr, münasibətlər varmı?
- Bəli, var. Bölgəlrin rəhbərləri bir-birini dəstəkləyirlər.
- Sonucu sualımı vermək istərdim. Hazırda Türkiyədə
yaşayırsınız. Qaqauzlar çoxdurmu qardaş ölkədə? Diaspor
dərnəkləriniz, vahid mərkəzdən fəaliyyət strateqiyanız varmı?
Vətənində baş verənlərə onların reaksiyaları nədən
ibarətdir?
- Var, yaşayırlar. Dəqiq sayına gəlincə, belə bir statistika
yoxdur ki, Türkiyədə yaşayan qaqauzların sayına aydınlıq
gətirilsin. Diaspor təşkilatları da yox səviyyəsindədir. Yalnız
burada təhsil alan tələbələrimiz Rusiya ilə əməkdaşlığın
əleyhinədir. Uzaq vətənimdəki soyadaşlarım isə, sanki zombiləşib,
səhərdən axşama Rusiya kanallarına baxırlar.