Yuxarı

Naxçıvanda həbs olunan nurçuların statistikası – Gizli məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi qəzetlərdə Naxçıvanla bağlı "nurçu" ittihamlarına Naxçıvandan cavab gəlib, bu haqda məktub daxil olub.

Lakin cavab yazıda Naxçıvanda "Gülən camaatı"na qarşı atılmış addımlar diqqət çəkir. Bu baxımdan yazılan bəzi statistik məlumatların marağını diqqətə alaraq İslamazeri.az yazının bir hissəsini təqdim edir:

"Türkiyədə Fətullah Gülən tərəfdarları ətrafında baş verən hadisələrdən ilhamlanan Azərbaycandakı məlum media mərkəzləri ölkədə nurçularla bağlı demək olar ki, hər gün bir məktub tirajlamaqdadırlar. Halbuki həmin hadisələrdən əvvəl bu mərkəzlərin nurçulara qarşı münasibətləri tam əks yöndə idi. Məktub tirajlama əməliyyatlarında yaxın zamanlaradək nurçuları himayə edən, onların təşkilatlanmalarına göz yumub öz vəzifələrini icra etməyən dairələrin yadına Naxçıvan da düşüb. Hansıki həmin rəsmi dairələrin əlində oyuncaq olan məlum bir-iki qəzet və xəbər saytları illər öncə Naxçıvanda nurçulara – "hizmət hərəkatı"na qarşı aparılan tədbirlər haqqında yazıb hay-həşir salırdılar ki "Naxçıvanda Türk litseylərinə qarşı müəmmalı əməliyyatlar aparılır, bir neçə liseyinin bağlanması təəccüblə qarşılanır.

Naxçıvan rəhbərliyi liseyin bağlanmasına səbəb kimi məktəbdə dini-siyasi ədəbiyyatın yayılmasını göstərir" və s.

Bir sözlə hazırda Türkiyəni büdrətmiş "hizmət hərəkatı"nın keçən illərdə Naxçıvanda və oradakı Türk liseylərində kök atması önlənəndə indilərdə nurçulara düşmən kəsilən media "müdir"ləri "hizmət"ə dəstək verib Naxçıvanı gözdən salmaq yolunda idilər.

Türkiyə ilə sərhədlərin açılmasından sonra Naxçıvana gələn nurçu missionerlərin fəaliyyətləri heç vaxt etinasızlıqla gözardı edilmədiyindən burada dərsxana, imam evi kimi dini təbliğat ocaqlarının əl-qol açmasına imkan verilməyib. Burada nurçuların güya rəsmi dairələrə sızmaları, məmurların nurçularla əlaqələri haqqında uydurma isə yazdırılmış nağıldan başqa bir şey deyil.

1998-ci illdə hələ Azərbaycanın digər bölgələrində nurçuluğun nə olduğunu bilmədikləri halda Naxçıvanda bu dini cərəyanın əsl məqsədlərindən xəbərdar idilər. Nurçuların qanunsuz əməllərinə qarşı aparılmış tədbirlərə dair bir-neçə faktı misal göstərmək kifayətdir ki, Naxçıvanda bu məsələyə necə ciddi yanaşıldığı anlaşılsın:

- 1998-ci ildə nurçu missionerlər Culfa rayonlarda gizli məclislər təşkil edib yerli sakinləri müxtəlif vədlərlə öz hərəkatlarına qoşmağa çalışırdılar. Culfa rayonunda "Raypo" sədri işçi götürərkən onlara təsir göstərərək nurçuluğu məcburən qəbul etdirməyə çalışmış, həmin adamlar qarşısında nurçuluğun qəbul edilməsi tələbini qoymuşdu. Onun vəzifə mövqeyindən istifadə edərək etdiyi əməllərlə əlaqədar ciddi ölçü götürüldü, tutduğu vəzifədən uzaqlaşdırıldı, təşkil etdiyi dini təbliğat ocağı ləğv edildi.

- 1999-cu ildə nurçuların Yaycı və Bənəniyar kəndlərində dini ayrıseçkilik salma fəaliyyətlərinə son qoyuldu, cərəyanın təbliğat vasitələri müsadirə olunundu, onları maliyyələşdirənlər haqqında tədbirlər görüldü.

- Yenə həmin ildə Naxçıvan şəhərində bir qrup Türkiyə vətəndaşının qaldıqları mənzillərdə dərsxanalar açıb nurçuluğun təbliğatını apardıqları, bu işə yerli sakinləri, hətta azyaşlı uşaqları cəlb etdikləri ortaya çıxarıldı. Həmin dərsxanalardan xeyli dini ədəbiyyatlar aşkar edildi. Dərsxanalarda yerli sakinləri "hizmət"ə çəlb edən 2 Türkiyə vətəndaşı ölkədən xaric edildi.

- 1999-cu ildə Naxçıvan Dövlət Universitetində təhsil alan türkiyəli Rəmzi Sarıkaya, Fatih Aksüt və Qəhrəman Uludağın Fətullah Gülənin adamları tərəfindən maliyyələşdirildiyi, qaldıqları mənzillərdə təşkil etdikləri dərsxanalarda Naxçıvan şəhərində və ətraf kəndlərdə yaşayan 20 nəfərə təlim keçdikləri üzə çıxarıldı. Onların da təlim ocaqları ləğv edildi, xeyli nurçu dini təbliğat vasitələri götürüldü.

- 2004-cü ildə Naxçıvan Türk Liseyində Hacı Ziya və Əli Əroğlu adlı müəllimlərin nurçuluğun yayılmasına rəhbərlik etdikləri, bu işlərə maddi dəstək verdikləri, təsirlərinə düşənləri nurçu ədəbiyyatlarla təmin etdikləri müəyyən edildi. Qanunsuz əməllərinə görə həmin şəxslər ölkə hüdudlarından çıxarıldı.

- 2005-ci ildə Naxçıvan Dövlət Universitetində təhsil alan türk tələbələr Racim Cəvhər və Veysəl Albayrakın qanunsuz olaraq nurçuluq təbliğatlarına 20-yə yaxın gənci cəlb etdikləri, həmin yerli sakinlərin hər birinin evlərində "istişarə" yığıncaqları, dərsxana və imam evləri təşkil etdikləri müəyyənləşdirildi. Qeyd olunan nurçu ocaqlarından xeyli dini ədbiyyatlar, disklər, dini libaslar və s. götürüldü. Nurçu missionerlər isə ölkə hüdudlarından çıxarıldı.

- 2006-cı ildə Naxçıvan şəhərində Saleh Ağaslan və Durmuş Gökçəmən adlı Türkiyə vətəndaşlarının kirayə yaşadıqları mənzildə nurçuluğu təbliğ edən külli miqdarda dini ədəbiyyat və disklər aşkar edilərək götürüldü, adı çəkilən missionerlər inzibati qaydada ölkədən çıxarıldı.

- 2008-ci ildə Əhməd Mahmudov adına Şərur Türk Liseyində təhsil alan şagirdlərə ingilis dili müəllimləri Tahsin Yağcının dərs saatlarında fənn tədrisi əvəzinə Fətullah Gülənin və onun ideyalarının təbliğatını apardığı, nurçu moizələr oxuduğu ortaya çıxarıldı.

- Fəaliyyətində ciddi qüsurlar olduğu müəyyən edilmiş Ordubad qız liseyi isə bağlandı. Qonşu Türkiyənin baş naziri R.T.Ərdoğan və prezidenti A.Gülün xahişindən sonra liseyin yalnız öz təyinatı üzrə fəaliyyətinə icazə verildi.

Bu faktlardan aydın görünür ki, nurçularla yeyib-içib Naxçıvan haqqında yazılar sifariş verən qara təbliğatçılar "hizmətə" meydan verəndə Muxtar Respublikada missionerlərin baş alıb təşkilatlanmalarına, ayrıseçkilik və nifrət aşılayan təbliğatlarına qarşı ciddi işlər görülüb. "Hizmətin" hiyləgər dostluğuna və şəxsi çıxarlara yox dövlətçiliyə önəm verilib".

Tarix
2014.04.17 / 16:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla