Yuxarı

Cocuq Mərcanlıda tank əleyhinə raket aşkarlandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cocuq Mərcanlıda tank əleyhinə raket aşkarlandı - Foto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 3-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində beş evə baxış keçiriblər. Baxış zamanı 484 qəlpə, 1 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket “PQ-7VM” aşkar edilib. Gün ərzində 35 min 520 kvadratmetr ərazi - 11 min kvadratmetr əl ilə, 11,4 kvadratmetr mexaniki üsulla və 13 min 120 kvadratmetr minaaxtaran itlərlə yoxlanılıb.

Agentlikdən Axar.az-a bildiriblər ki, 28 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 118 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. On partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik minaatan mərmisi “OF-843”, 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (1 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi), 3 piyada əleyhinə “OZM-72” minası və 28 tank əleyhinə mina (4 tank əleyhinə “TM-57” minası və 24 “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə, 840 min 944 kvadratmetr ərazi - 392,2 min kvadratmetr əl ilə, 207 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 128 min 942 kvadratmetr minaaxtaran itlərlə yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Tarix
2017.03.03 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla