Yuxarı

Moskva və İrəvanın gizli kəşfiyyat – Planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Patruşev İrəvana süni rus peykləri vasitəsilə əldə edilən kəşfiyyat materiallarını erməni generallarına izah etmək üçün getmişdi.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin İrəvana səfəri ilə bağlı Axar.az-a danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq səfərin pərdəarxasındakı gizli məqamlara işıq salıb:

"Patruşev bir çox hallarda xarici siyasət məsələlərinin yönləndirilməsinə öz töhfəsini verən ağır çəkili fiqurlardandır. Hətta Putinin ətrafında müdafiə və xarici işlər nazirlərindən də üstün imtiyazlara malikdir. Səfər əsasən İrəvan ordusundakı problemlərlə bağlıdır. Son zamanlar Rusiyadan Ermənistana xeyli silah daxil olub. Moskvanın İrəvana göndərdiyi silahlar isə köhnəldiyinə görə rus ordusundan çıxarılan silahlardır. Patruşev yəqin ki, bu barədə erməni hərbi rəhbərləri ilə müəyyən məsləhətləşmələr aparıb. Eyni zamanda, kəşfiyyat işinin qurulmasına xüsusi əhəmiyyət verildiyi də istisna edilmir. Çünki ermənilər Azərbaycan Ordusunun qüdrətinin günbəgün artdığını yaxşı bilirlər.

Bu mənada, İrəvanda ordunun təmas xətti boyunca yerləşməsinin ermənilərə izah edilməsi və Azərbaycan Ordusunun ehtimal edilən hücum variantlarının dərk edilməsi məsələləri ön planda olub. Patruşevin səfəri daha çox süni peykləri vasitəsilə alınan kəşfiyyat materiallarının erməni generallarına izahı ilə bağlıdır. Bu isə ermənilərə kəşfiyyat və əks-kəşfiyyat işinin qurulmasında və Rusiyadan Ermənistana ötürülən materialların düzgün istifadəsi sahəsində ciddi yardım göstərə bilər".

Politoloqun sözlərinə görə, səfərin ikinci məqsədi Ermənistanda seçkiqabağı vəziyyəti dərindən öyrənmək və ehtimal edilən mümkün qarşıdurma variantlarının maketini cızmaqdan ibarətdir:

"Bu, Rusiyanın nəzərdə tutduğu siyasi qüvvələrin güclənməsi üçün taktiki addımların atılması yönündə Kremlə lazımi ətraflı məlumat hazırlamaq üçün lazımdır. Patruşev çox güman ki, Putinin göstərişi ilə Ermənistanda yeni qiyamın baş verməməsi üçün yerlərdə vəziyyəti dəqiq öyrənib. Çünki bu dəfə erməni müxalifətinin koalisiyası genişlənib. Keçmiş müdafiə, xarici işlər və baş nazir Sərkisyanın əleyhinə birləşiblər ki, bu da qüvvələr nisbətində kəskin dəyişiklikdən xəbər verir. Bu dəyişiklik apreldə Ermənistanda çox gərgin vəziyyətin yaranmasına gətirib çıxara bilər".

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev martın 6-da İrəvanda səfərdə olub.

Tarix
2017.03.10 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla