Yuxarı

“Azərpoçt” vətəndaşları necə aldadır? – Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərpoçt” vətəndaşları necə aldadır? – Açıqlama

"Paketin, yaxud bağlamanın nə çəkisindən, nə də həcmindən asılı olmayaraq, paketlər üçün bu rüsum 1 manat 40 qəpik, bağlamalar üçün isə 2 manat müəyyən edilib".

Bunu Axar.az-a "Azərpoçt"un rayon şöbələrində vətəndaşların aldadılması ilə bağlı məsələlərə aydınlıq gətirən Azərpoçt Dövlət Müəssisəsinin Poçt Analizi Şöbəsinin rəisi Nüsrət Səmədov bildirdi:

"Qanunvericiliyə görə, ölkəyə daxil olan poçt göndərişləri gömrük yoxlamasına verilməlidir. Məhz içərisində mal olan paketlər və bağlamalardan rüsum tutulur. Əslində beynəlxalq poçt terminlərinə görə, onlar böyük və kiçik bağlamalara bölünür. Kiçik bağlamalar paket adlanır və çəkisi 2 kiloqrama qədər olur".

Dövlət qurumunun nümayəndəsinin sözlərinə görə, rüsum bəzi poçt şöbələrində deyildiyi kimi çəkiyə görə deyil, bağlama sayına əsasən müəyyən edilib:

"Dövlət rüsumu standartdır. Paketin yaxud bağlamanın nə çəkisindən, nə də həcmindən asılı olmayaraq, paketlər üçün bu rüsum 1 manat 40 qəpik, bağlamalar üçün isə 2 manat müəyyən edilib".

N. Səmədov xaricdən ölkəyə daxil olan bütün göndərişlərin eyni dəyərə malik olduğunu bildirir:

"Hədiyyə xarakterli olmasından, internet vasitəsi ilə sifariş edilməsindən və yaxud da digər şəxs tərəfindən göndərilməsindən asılı olmayaraq, bütün göndərişlər gömrük nəzarətindən keçməlidir və gömrük nəzarətinə aparılan mallardan qeyd etdiyim qaydada rusum tutulur. Onu da qeyd edim ki, yazışma xarakterli göndərişlər gömrük nəzarətinə verilmir və bunun üçün də rüsum tutulmur".

Göndərişlərin poçt şöbələrində qalması və artıq qalan günlər üzrə rüsumların məbləğini xatırladan idarə rəsmisi malın poçtda maksimum 1 ay qala biləcəyini bildirir:

"Mal poçta gəldikdən sonra 5 gün ərzində orda pulsuz saxlanılır. Daha sonra isə hər gün üçün 20 qəpik rüsum tutulacaq. Həmin paket, yaxud bağlama isə poçtda yalnız 1 ay qala bilər. Bu vaxt tamam olduqda mal avtomatik olaraq geri göndərilir".

Xatırladaq ki, apardığımız araşdırmalar zamanı müxtəlif poçt şöbələrində xarici ölkələrdən göndərilən poçt göndərişlərinə müxtəlif məbləğdə pul istənilməsinin şahidi olmuşuq. Binəqədi rayon 116 saylı poçt idarəsində bir paketə görə 1 manat 60 qəpik, həmin rayonun ərazisində yerləşən 115 saylı poçt şöbəsində isə eynitipli paketə görə 1 manat 80 qəpik, bağlamaya görə isə 3 manat 60 qəpik pul alınıb.

Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı qərarına əsasən, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallara gömrük rüsumu ödənilmir.

Tarix
2014.05.30 / 23:47
Müəllif
Tural İbadov
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla