Yuxarı

Dövlət qulluğu ilə bağlı müsabiqə nə vaxt keçiriləcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin - sertifikasiya ilə əlaqədar ilk imtahanların oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, imtahanların tarixini elan etməzdən əvvəl dövlət qurumlarından vakant yerlər əldə olunmalıdır. M.Abbaszadə deyib: “Bu ayın sonunadək müxtəlif dövlət qurumlarından məlumatlar DİM-ə daxil olarsa, sentyabrda dəqiq tarixi elan edə biləcəyik. Dövlət qulluğuna qəbulla bağlı təşkil ediləcək müsabiqədən əvvəl online sınaq imtahanları keçiriləcək. Həmin imtahanların sentyabrın sonlarında təşkili nəzərdə tutulur”.

M.Abbaszadə rəhbərlik etdiyi mərkəzdə struktur dəyişikliklərinin həyata keçiriləcəyini də bildirib. “Hazırda bizim cəmi səkkiz bölgədə regional şöbələrimiz var və onlar bütün ölkəni əhatə edir. Amma hiss edirik ki, regionda bölmələrin sayını artırmalıyıq. Vətəndaşlara xidmət göstərmək və maarifləndirmək məqsədilə regionlarda əməkdaşların sayını artıracağıq”, - deyə DİM-in Direktorlar Şurasının sədri vurğulayıb.

Tarix
2017.08.23 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla