Yuxarı

Dollar kreditləri ilə bağlı qərar verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən Axar.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Tarix
2018.09.21 / 22:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla