Yuxarı

Ramil Usubovdan polis rəisinə ən sərt cəza

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ramil Usubovdan polis rəisinə ən sərt cəza

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla bağlı daha bir məqam üzə çıxıb.

Axar.az xəbər verir ki, istintaqda adı hallanmamasına baxmayaraq, əməkdaşları barədə araşdırma aparılan Abşeron rayon Polis Şöbəsinin Mehdiabad polis bölməsinin rəisi Eldar Qazıbəyov haqqında qərar verilib. Belə ki, Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə polis bölməsinin rəisi E.Qazıbəyov "xidmətə yararsız" hesab edilib. Qeyd edək ki, bu, polis orqanlarında ən ağır cəza sayılır və bu cəzanı almış şəxsin təkcə vəzifədən deyil, polis sıralarından çıxarılması məsələsi müzakirə mövzusudur.

Daha bir məlumat isə Abşeron PŞ-nin İctimai Təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədovla bağlıdır. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olan şikayət təsdiqini tapmadığı üçün barəsində aparılan araşdırmaya xitam verilməsinə baxmayaraq, Zülfüqar Məmmədov da şiddətli töhmət alıb.

E.Qazıbəyov Axar.az-a açıqlamasında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan araşdırmanın səbəbinə toxunmayıb. Yalnız MCMBİ-iə dəvət edilmədiyini və ifadəsinin alınmadığını bildirib:

"Mən Baş İdarəyə dəvət olunmamışam və ifadə də verməmişəm. Haqqımda verilən qərarla bağlı isə bu barədə rəhbərlikdən mənə heç nə deyilməyib".

Qeyd edək ki, oktyabrın 10-da Abşeron PŞ-nin İctimai Təhlükəsizlik bölməsinin rəisi Zülfüqar Məmmədov, Mehdiabad polis bölməsinin rəis müavini Şükür Paşayev və baş əməliyyat müvəkkili Təvəkkül Cəbrayılovun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırıldığı barədə məlumat yaymışdıq. Hər üç polis əməkdaşından müxtəlif səviyyəli şikayətlər olduğu deyilirdi.

Abşeron RPŞ İctimai Təhlükəsizlik bölməsinin rəisi Z.Məmmədov barədə şikayət təsdiqini tapmadığı üçün araşdırmaya xitam verilsə də, digər iki əməkdaşla bağlı istintaq davam etdirilir. Ötən gün cənab nazirin sərəncamı ilə barələrində istintaq aparılan hər iki polis əməkdaşı araşdırmanın obyektivliyini təmin etmək məqsədi ilə vəzifədən çıxarılıb və sərəncama götürülüblər.

Bu gün isə əməkdaşları barədə araşdırma aparılan Mehdiabad polis bölməsinin rəisi işdən azad edilib, Abşeron RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin rəisi Z.Məmmədov isə şiddətli töhmət alıb.

Tarix
2014.10.14 / 12:51
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla