Yuxarı

Bakıda dəhşətli fırtına və qasırğa: Nə baş verə bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki gün öncədən xüsusilə Bakıda və Abşeron yarımadasında şiddətli küləklə bağlı xəbərdarlığı heç də birmənalı qarşılanmadı. Məlumatdan təşvişə düşən də oldu, bunu əhəmiyyətsiz adlandıran da.

Ancaq nazirliyin bu gün üçün proqnozlaşdırdığı küləyin sürət həddi müəyyən şkalaya əsasən dəhşətli fırtına və qasırğa adlanır.

Axar.az xəbər verir ki, küləyin gücünün vizual qiymətləndirilməsi və yazılması üçün Bofort şkalasından istifadə olunur. Bu şkala 1806-cı ildə ingilis admiral Frensis Bofort tərəfindən hazırlanıb. 1874-cü ildən bu təsnifat beynəlxalq sinoptik təcrübədə (həm quruda, həm də suda) istifadə olunmağa başlayıb.

Əvvəlcə sistem on üç ballıq şkala əsasında formlaşdırılıb. Bu rəqəm sonradan 17-ə yüksəlib. 0 bal göstəricisi dənizdə sakitlik şəraitini c (ştil) xarakterizə edir.

Şkalada küləyin gücü onun müxtəlif obyektlərlə qarşılıqlı təsiri ilə müəyyən edilir.

Ən zəif külək 0 ştil adlanır, bu 0-0.2 m/san – küləyin olmadığı vəziyyətdir, duman şaquli vəziyyətdə yüksəlir, ağac yarpaqları tərpənmir.

Sakit adlanan külək 0.3-1.5 m/san olur. Duman şaquli vəziyyətdən bir qədər fərqlənir, ağac yarpaqları tərpənmir.

Yüngül külək 1.6-3.3 m/san – külək üzdə hiss olunur, yarpaqlar bəzən tərpənir, flüger fırlanmağa başlayır.

Zəif hesab edilən küləyin sürəyi 3.4-5.4 m/san olur. Ağac yarpaqları və incə dallar mütəmadi olaraq, boruların üst hissəsindən duman 4 m/san sürətlə dalğalanır.

Mülayim külək 5.5-7.9 m/san olur ki, bu zaman külək toz və kağızları havaya qaldırır, ağacların nazik budaqları yellənir, tüstü havada qarışır və formasını itirir.

Təmiz, təzə adlanan 8-10.7 m/san olan külək ağacların incə budaqlarını yellədir, küləyin səsi eşidilir.

Güclü külək isə 10.8-13.8 m/san olur. Ağac gövdələri yellənir, nazik ağaclar əyilir.

Möhkəm külək isə 13.9-17.1 m/san olur. Qalın ağac gövdələri yellənir, qalın budaqlar əyilir, külək istiqamətində yerimək çətinləşir.

Çox möhkəm külək isə 17.2-20.7 m/san olur. Bu zaman ağacların incə və quru budaqları qırılır. Külək istiqamətində danışmaq olmur, getmək çox çətinləşir.

Fırtına hesab edilən külək isə sürət 20.8-24.4 m/san olanda müşahidə edilir. Bu zaman böyük ağaclar aşır, iri budaqlar qırılır, külək evlərin damını uçura bilər.

Güclü fırtına küləyin sürəti 24.5-28.4 m/san olanda müşahidə edilir. Sürətlə əsir, quruda nadir hallarda müşahidə olunur, tikililərdə əhəmiyyətli dağıntılar yaşanır, külək ağacları kökündən çıxarır.

Dəhşətli fırtına 28.5-32.6 m/san zamanı olur. Çox nadir hallarda müşahidə olunur və böyük dağıntılara səbəb olur.

Qasırğa isə 32.6 m/san-dən çox olan külək zamanı müşahidə edilir. Dəhşətli dağıntılar baş verir. Ayrı-ayrı ərazilərdə küləyin sürəti 50-60 m/san çatır.

Qeyd edək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyəyədək şiddətlənib.

Tarix
2019.01.17 / 10:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla