Yuxarı

Ukrayna məhsullarının Azərbaycana idxalı dayandırıldı – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna istehsalı olan bəzi məhsulların Azərbaycana idxalı dayandırılıb.

Axar.az xəbər verir ki, əsasən qida məhsullarını əhatə edən idxalın dayanmasına səbəb bu ölkədə baş verən hadisələrlə bağlıdır.

Ukraynaya aid buğda unu, qənnadı məmulatları, şokolad, süd və süd məhsulları, iribuynuzlu heyvan əti və ət məhsullarının marketlərdə satılmaması bir daha təsdiqləyir ki, bu idxal sıfra enib.

Mövzu ilə bağlı bir neçə satış mərkəzində olduq və sözügedən ölkənin məhsullarının satılmama səbəbi ilə maraqlandıq. Satıcı Gülnar Eyvazov əməkdaşımıza bildirdi ki, bu məhsulların dükanlara gətirilməsi təxminən iki həftədir ki, dayandırılıb:

"Xarici məhsulların daxili bazarda paylanmasına bir neçə şirkət nəzarət edir. İki həftəddir ki, Ukrayna şirniyyatları və digər məhsullar satılmır. Səbəbini dəqiq bilmirik. Malı paylayan şirkətlər də sadəcə həmin məhsulların gətirilmədiyini deyir".

Qeyd edək ki, bir müddət öncə iqtisadçı ekspert Məhəmməd Talıblı Axar.az-a açıqlamasında Ukraynada baş verən siyasi hadisələrin Azərbaycanla iqtisadi əlaqələrə mənfi təsir edəcəyi barədə xəbərdarlıq etmişdi.
Ekspertin sözlərinə görə, bu, təkcə Azərbaycanla yox, digər ölkələrlə əlaqələrdə də özünü göstərəcək:

"Ukraynada baş verən məlum hadisələr rəsmi Kiyevin təkcə Azərbaycanla deyil, bütün digər dövlətlərlə də iqtisadi münasibətlərinə mənfi təsir edəcək. Ukraynanın idxal asılılığı olduğu məhsullarda bu təsir daha çox müşahidə ediləcək. Həmçinin, Rusiyadan bu ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının idxalında məhdudiyyətlər olacaq".

Xatırladaq ki, Azərbaycan Ukraynadan əsasən qida məhsulları idxal edir və Ukrayna Azərbaycanın ən çox mal idxal etdiyi 5-ci ölkədir. Belə ki, 2013-cü ildə Ukraynadan Azərbaycana 589 milyon manatlıq mal gətirilib ki, bu da ümumi idxalın 5,5%-nə bərabərdir.

Ötən ilin statistikasına görə, 2013-cü ildə Ukraynadan Azərbaycana 23,5 milyon manatlıq buğda unu, 13,8 milyon manatlıq duz, 8,9 milyon manatlıq qənnadı məmulatı, 8,7 milyon manatlıq bitki yağı, 7,2 milyon manatlıq şokolad məmulatı, 9 milyon manatlıq çörək-bulka və unlu qənnadı məmulat, 5,7 milyon manatlıq süd və süd məhsulları və s. idxal olunub.

Tarix
2014.11.17 / 22:41
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk - Rəfiyev

Azərbaycanlı mükafat aldı, səfir İran XİN-ə çağırıldı

NATO iclasında Azərbaycana qarşı hücumlardan danışıldı

Sibiqa Şəhidlər xiyabanını ziyarət etdi

XİN Afrika Günü ilə bağlı paylaşım etdi

Kiyev Bakının bu qərarını alqışlayır - Sibiqa

Buna görə Azərbaycana minnətdarıq - Sibiqa

Azərbaycan Ukraynanın ərazi bütövlüyü tanıyır - Bayramov

Ukraynaya 40 milyon dollardan artıq yardım... - Bayramov

Zelenski İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla