Yuxarı

Nazir ali komissarla görüşdü: Qarabağ müzakirəsi davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başelet ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüş zamanı tərəflər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmədyarov Ali Komissar Mişel Başeletə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətinə düşdüyünü xatırladaraq, fundamental haqqları pozulan məcburi köçkünlərin insan hüquqlarının bərpa olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı tərəfindən konkret tədbirlərin və prinsipial mövqeyin nümayiş etdirilməsinin əhəmiyyəti ifadə olunub.

Görüşdə tərəflər arasında, həmçinin beynəlxalq gündəlikdə duran bəzi məsələlər üzrə müzakirələr aparılıb.

Ali Komissar Mişel Başelet BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı ötən il Azərbaycan tərəfindən verilmiş könüllü ianələrə görə nazir Elmar Məmmədyarova minnətdarlığını ifadə edib.

Tarix
2019.02.27 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Elçibəyin İsrail-Azərbaycan münasibətləri barədə tarixi çıxışı

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla