Yuxarı

Qorbaçov Heydər Əliyevə otağında nə deyib? – “Tam məxfi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorbaçov Heydər Əliyevə otağında nə deyib? – “Tam məxfi”

Rusiyanın "Tam məxfi" verilişi Heydər Əliyevin Politbürodan və vitse-premyerlikdən Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli film çəkmişdi. Bu filmdə nələr vardı?

1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi ola bilər.

Heydər Əliyevin xatirələrində bu fakt belə dilə gətirirdi:

"Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən Sov.İKP MK-nın Baş katibi ola bilərəm. Səhv etmirəmsə, "Times" qəzeti məni hətta SSRİ-nin "parlayan ulduzu" adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım".

Və bu cür rəylər təbii ki, Qorbaçovun xoşuna gəlmirdi…

1987-ci il oktyabrın 19-u Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: "Sən getməlisən". Daha sonra Əliyev "səhhətində olan problemə görə" vəzifəsindən istefa verir.

...Beynəlxalq Münasibətlərin məzunu və həmin institutun müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır.

Onun KQB nəzarətindən necə çıxdığını heç kim bilmir

...1991-ci il. Azərbaycanda vəziyyət çox ağırdır, iqtisadiyyat tənəzzül edir. Bu zaman Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyir. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Bu vaxta qədər onun KQB-nin gözündən necə yayındığını bilən yoxdur.

1993-2003-cü illərdə H.Əliyev Azərbaycana rəhbərlik edir. Onun hakimiyyəti zamanı Ermənistanla döyüşlərə son qoyulur. Atəşkəs müqaviləsi imzalanır. İqtisadiyyat inkişaf etməyə başlayır...

Bu maraqlı dövrün qısa xronikasına həsr olunan "Tam məxfi" verilişini Heydər Əliyevin vəfatının 10-cu ildönümü ərəfəsində izləməyə dəyər...

Tarix
2013.12.09 / 18:43
Müəllif
Nərminə Allahverdiyeva
Digər xəbərlər

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

ANAMA əməkdaşı minaya düşdü, ayağı amputasiya edildi

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla