Yuxarı

Xose Bernardonu və qardaşını bıçaqlayan kimdir? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaşımın vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində bir balaca da olsa, özünə gəlib. Reanimasiyadan bu gün səhər saatlarında çıxıb. Sabunçu xəstəxanasında müalicəsini davam etdirir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu sözləri teleməkanın tanınmış aparıcısı Xose Bernardo ATV-də yayımlanan “Bizimləsən” sosial-ictimai proqramda dilə gətirib.

Xose ötən gecə qardaşı Rafael Hüseynov və özünün bıçaqlanmasının təfərrüatını danışıb:

“Ailəlikcə evdə oturmuşduq. Qardaşım qonşuya alət götürmyə gedirdi. Evdə iş görürdü. Qapıdan çıxanda beş dəqiqə keçmədi ki, qışqırıq səsləri gəldi. Qardaşım məni çağırdı. Bizdə Pirallahıda bina yox, həyət evidir. Qapıdan çıxanda gördüm ki, qardaşım qan içindədir.

Qardaşıma 15 bıçaq zərbəsi endirilib. Boğazından, ürəyinin altından, dalağına kimi bıçaqlanmışdı. Cərrahi əməliyyat keçirən qardaşımın dalağını həkimlər kəsib atıblar. Onu kim vurmuşdusa, həmin şəxs həyətdə idi. Onunla dalaşdım, amma güc gələ bilmədim. Çünki bədəncə məndən daha canlı idi. Əlində bıçağı olmasının sonradan fərqinə vardım. Gördüm ki, həmin bıçaq əlimə girib. Bu anda özümü itirdim. Səs-küyə qonşularımız gəldi. Həmin şəxs isə həyətdən qaçdı getdi”.

Xose qardaşı ilə ona hücüm çəkib bıçaqlayan şəxsin qardaşının sevgilisinin keçmiş həyat yoldaşı olduğunu bildirib. Bernardo həmin şəxsin qardaşını öldürmək məqsədi ilə amansızcasına 15 bıçaq zərbəsi endirdiyini söyləyib:

“Məni və qardaşımı bıçaqlayan şəxs polis tərəfindən tutulub. Hazırda istintaq gedir. O, qardaşımın sevgilisinin keçmiş həyat yoldaşıdır. Anladığım qədər, bu hadisə qısqanclıq zəminində baş verib. Həmin şəxs iki ildir qardaşımın sevgilisindən ayrılıb və yenidən ailə həyatı qurub. O, qapıdan 38 yaşlı qardaşımı güdürmüş. Səhv etmirəmsə, bizi bıçaqlayan şəxs içkili idi. Qardaşımı öldürmək istəyib. Amansızcasına qardaşıma zərbələr vurub. Məqsədi onu öldürmək olub”.

Xose Bernardo verlişin gedişatında sabah qolundan əməliyyat olunacağını vurğulayıb: “Sabah özüm qolumdan cərrahi əməliyyat olunacam. Bıçaq əlimin bir tərəfindən girib, digər tərəfindən çıxıb. Bir də ayağımdan bıçaqlanmışam”.

Tarix
2019.11.11 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla