Yuxarı

Nazirlər Kabinetinin 38 yaşlı yeni Aparat rəhbəri kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Axar.az xəbər verir ki, R.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2002-2003-ci illərdə Almaniyanın Drezden Texniki Universitetinin Avropa inteqrasiya hüququ üzrə magistr təhsili alıb.

Əmək fəaliyyətinə 2002-ci ildə başlayıb, yerli və xarici şirkətlərdə hüquq sferasında çalışıb.

R.Məmmədov 2010-2011-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) vitse-prezident, 2011-2012-ci illərdə özəl sektorda konsultant olaraq çalışıb.

2012-ci ildən AZPROMO-nun prezidenti olub.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub.

Tarix
2019.11.25 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla