Yuxarı

ABŞ İranla müharibə aparır: Dördtərəfli hücum

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ faktiki olaraq İrana “kölgə müharibəsi” elan edib. Vaşinqton bu yolla İranı iqtisadi və siyasi baxımdan çökdürməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi-ekspert Vüqar Zifəroğlu ABŞ Prezidenti Donald Trampın İran gəmilərini məhv etmək tapşırığı verməsini şərh edərkən deyib. O vurğulayıb ki, 1979-cu ildə baş verən İran İslam İnqilabından sonra ABŞ-İran münasibətlərində daim gərginlik müşahidə edilib:

“Bunun həm daxili, həm də xarici səbəbləri var. Belə ki, hər iki ölkənin liderləri bu qarşıdurmadan daxili auditoriyalarının rəğbətini qazanmaq, həmçinin regionda nüfuz sahibi olmaq üçün istifadə edib. Hazırkı prosesləri də bu konteksdən dəyərləndirmək lazımdır”.

Ekspertin sözlərinə görə, Tramp qarşıdan gələn prezident seçkilərinə rahat qatılmaq üçün İran kartından istifadə edir:

“Bildiyiniz kimi, qarşıdan ABŞ prezident seçkiləri gəlir və Tramp bu seçkilərə çox böyük hazırlıq görür. Tramp seçkilərə rahat, arxayın getmək istəyir. Bunun üçün isə daxili auditoriyanın gözündə özü haqda qəhrəman, xilaskar imici formalaşdırmağa çalışır. İranla münasibətlər ABŞ üçün prinsipial əhəmiyyət daşıyır. Xüsusilə mövcud gərginlik Tramp administrasiyasının hakimiyyəti dövründə fərqli bir hal aldı. Bir növ Tramp İran münasibətlərini vaxtaşırı gərginləşdirərək daxili auditoriyanın həm fikrini yayındırmağa, həm də öz şəxsi imicini yüksəltməyə çalışır”.

Ekspert qeyd edib ki, ABŞ Vyana razılaşmasından çıxacağını elan edəndən sonra İrana qarşı 4 istiqamətdə həmlələr etməyə başlayıb:

“1. İqtisadi sanksiyaların tətbiq edilməsi ilə İran iqtisadiyyatını çökdürmək. Faktiki olaraq ABŞ İran iqtisadiyyatını darmadağın edərək buna nail olub. 2. İranın beynəlxalq aləmdən təcrid edilməsi. Bu istiqamətdə ABŞ müəyyən uğurlar qazandı. 3. İranın daxilində sabitliyin pozulması. ABŞ bu məsələdə də müəyyən uğurlar qazana bilib. Son bir neçə ildə istər iqtisadi, istərsə də sosial səbəblərdən daxildəki etnik qruplar başda olmaqla, narazı kütlələr formalaşmağa başladı. Bu isə İran üçün ciddi problem deməkdir. 4. İranın Yaxın Şərqdəki mövqelərindən sıxışdırılıb çıxarılması. Bu proses keçən ilin əvvəllərindən başladı. İranın Yəmən, İraq, Suriya, hətta Livandakı mövqelərinə ciddi zərbələr endirildi. Xüsusilə SEPAH generalı Qasım Süleymaninin öldürülməsi İranın regionda mövqeyinə ciddi zərbə vurdu. Bu 4 istiqamət hazırda ABŞ-ın İrana qarşı başlatdığı “kölgə müharibəsi”nin məntiqi yekunudur”.

Tarix
2020.04.25 / 09:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla