Yuxarı

Sərt karantin: bu şəxslərin hərəkəti necə tənzimlənir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərt karantin: bu şəxslərin hərəkəti necə tənzimlənir?

Azərbaycanın 16 şəhər və rayonunda sərt karantin rejimi tətbiq olunub. Bu şəhər və rayonların bir qismində, o cümlədən Şəki, Xaçmaz, Siyəzən, Goranboy rayonlarında hazırda aktiv taxıl biçini aparılır.

Axar.az xəbər verir ki, sərt karantin rejimi günlərində fermerlərin biçinə necə çıxacağı, onların rayon daxilində və rayonlararası hərəkətinin təşkili ilə bağlı yaranan suallara Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Azərtac-a açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, sərt karantin rejimində fermerlərin hərəkətinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən “Elektron hökumət” və icazə.e-gov.az portalı üzərindən həyata keçiriləcək: “Kənd təsərrüfatı, o cümlədən taxıl biçini ilə məşğul olan fermerlər icazə üçün yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər. Yerli icra hakimiyyəti orqanları fermerlərin adını icazə portalına daxil edəcək və bundan sonra həmin şəxslər sərbəst şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahələrə çıxa bilərlər. Fermerlərin rayonlararası hərəkətinin təşkili isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən tənzimlənəcək. Rayonlararası hərəkət etmək üçün fermerlər icazə məqsədilə sərt karantin rejimi tətbiq olunan rayondakı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etməlidirlər. Onların adları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində olması əsas götürülərək icazə portalına daxil ediləcək”.

Tarix
2020.07.04 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla