Axar.az
Yuxarı

Axar.Az Logo

ABŞ-dan Qarabağla bağlı ardarda sürprizlər: Savaş genişlənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ATƏT-in Minsk Qrupundakı sabiq həmsədri Riçard Hoqlandın 2018-ci ildəki “Lavrov planı”nı xatırlaması və bununla bağlı rusiyalı həmsədrlə söhbətini qələmə alması əlbəttə ki, təəccübldür: sabiq həmsədr hadisəni niyə təxminən 3 il keçəndən və münaqişə artıq 44 günlük müharibə ilə tarixə çevriləndən sonra qəflətən yadına saldı və müsahibə də deyil, bu haqda məqalə ilə çıxış etdi?

“Lavrov planı” adlanan plan təqdim olunanda, mən hörmətli həmkarım, rusiyalı həmsədr Popovdan soruşdum ki, əgər İrəvan və Bakı, birdən gücənib bu planı qəbul etsələr, Kreml onu doğrudan da həyata keçirəcəkmi? Bilirsinizmi onun səmini cavabı nə oldu? “Əlbəttə ki yox!” Hər şeydən artıq bu mənə aydın etdi ki, Dağlıq Qarabağ təkcə Ermənistan və Azərbaycan arasında olan ikitərəfli problem deyil. Reallıqda bu, Rusiyanın əsas və yəqin ki, həlledici rol oynadığı üçtərəfli məsələdir”, - Hoqland məqaləsində yazmışdı.

Aradan cəmi 6 gün keçir və ABŞ Dövlət Departamenti, yenə də qəfildən, yenə də bu münaqişənin tarixə çevrilməsi gündəmdə ikən “Qarabağ münaqişəsinin həll olunmasına Rusiyanın imkan vermədiyini” rəsmən elan edir.

Əlbəttə, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi prosesin bütün mahiyyətini bilir. Onda sual yaranır: Əgər Qarabağda həllə Rusiyanın imkan vermədiyini həmsədr kimi ABŞ bilirdisə, illərlə bu danışıqların imitasiya edilməsinə niyə dəstək verirdi? Niyə, məsələn, Hoqlandın özü 2018-ci ildə bu faktı rəsmən elan etmədi? Və yaxud ABŞ Dövlət Departamenti bu barədə niyə heç vaxt bu qədər açıq mətnlə danışmayıb?

Məsələ ondadır ki, Baydenin hakimiyyətə gəlməsindən sonra Rusiyaya qarşı tamamilə fərqli bir strategiyaya start verilib və bu strategiyanın hərbi fəaliyyətlərlə müşayiət olunacağı istisna deyil. Xüsusilə Rusiya ilə Ukraynada ciddi qarşıdurma üçün lazım olan hər şey edilib – necə deyərlər, siyasi, iqtisadi, psixoloji hazırlıq bitib, ordular da hazır vəziyyətə gətirilib, qalır ilk hücum!

Hələlik nə Ukrayna, nə də Rusiya ilk və müharibənin başlanması üçün son addımı atırlar, buna baxmayaraq, Donbas ətrafında ciddi koalisiya və cəbhələşmənin getdiyini görürük.

Rusiyanın 2014-cü ildəki qədər “cəsarətli olmayacağı” barədə düşüncələr yanlışdır: Putin həmin Putindir və o, ən qəti, sərt və çılğın addımlar atmağı bacarır. Amma Rusiya həmin Rusiya deyil.

2014-cü ildəki 500 milyardın üstündə olan rezervlər bu müddət ərzində sürətlə əriyib, Rusiyanın dövlət büdcəsi də kiçilib. Sanksiyaların Rusiyaya təsir etmədiyini düşünmək yanlışdır, çünki ölkə iqtisadiyyatı ciddi şəkildə zərbələr alıb.

Əhalinin demoqrafik problemlərini, orduya maliyyənin məcburi azalmasını da bura əlavə etmək olar. Bunun əvəzində isə Rusiyanın imperialist maraqları, münaqişə ocaqlarına birbaşa müdaxiləsi və deməli, xərcləri həddən artıq çoxalıb. Məsələn, Ukrayna ilə sərhədə orduların toplanması, Qara dənizdə donanmanın gücləndirilməsi (hətta bu gün Rusiya MN Xəzər donanmasından 10 hərbi gəminin Qara dənizə köçürüldüyünü açıqladı), Ermənistanın digər sərhəd ərazilərinin də Rusiya əsgərlərinə tapşırılması, Qarabağa sülhməramlı missiyasının göndərilməsi, Kalininqrada əlavə hərbi birliklərin dislokasiya olunması... Saymaqla bitmir!

Bütün bunlar Rusiya büdcəsi üçün inanılmaz qədər əlavə yükdür: Rusiyanın hazırkı iqtisadiyyatı bu yükə nə qədər davam gətirə biləcək?

Bu əsnada Qərb strateqlərinin Rusiyanın ətrafındakı münaqişə ocaqları ilə bağlı gərginliyi artırmaq və Rusiyanı digər ərazilərə də hərbçi göndərməyə vadar etmək, qonşu dövlətlərlə əlaqələrini minimuma endirmək siyasəti ağıllı gedişdir.

Yeri gəlmişkən, Hoqlandın bu məqaləsi və ardınca ABŞ Dövlət Departamentinin açıq bəyanatı Rusiya müdafiə nazirinin müavininin Qarabağa Ermənistandan gəlməsi və buna Bakının ciddi narazılığı vaxtına təsadüf edir. Dövlət Departamenti bəyan edir ki, Donbasda Rusiyanın qarşısından çəkilmək Rusiyanın digər münaqişəli ərazilərə, o cümlədən Cənubi Qafqaza müdaxilə imkanlarını artıracaq. Deməli, dolayısı ilə Rusiyaya Cənubi Qafqazda da problem yaşadılacağı anonsu verilir və Moskva bu ərazilərə də pul xərcləməyə təhrik edilir.

Cənubi Qafqaz deyərkən, Qərbin diqqətində olan əsas məsələ əlbəttə, Abxaziya və Cənubi Osetiyadır. Tiflisin illərdir məqam gözlədiyi və mümkün Donbas müharibəsi zamanı ərazi bütövlüyü üçün hərbi fəaliyyətə başlayacağı istisna edilmir. Azərbaycana da xatırladılır ki, eyni anda ərazisinin “yerdə qalan hissəsinə” də siyasi deyil, hərbi baxımdan boylana bilər.

Bu məqamda Rusiya müdafiə naziri müavininin Qarabağdakı modul şəhərciklərin sayı haqda açıqlaması diqqəti çəkir. Çünki bu say 10 minlik ordunun yaşaması üçündür. Qarabağda isə cəmi 1960 sülhməramlı, 500 civarında da tibb, FHN-çi və s. olmalıdır – rəsmi statistikaya görə.

Bəlkə, bütün bu təhlükələri nəzərə alan Rusiya Qarabağdakı sülhməramlı kontingentinin sayını artırmaq üçün çalışır?

İnandırıcı deyil. Ona görə yox ki, Rusiya beynəlxalq qanunlara uyan dövlətdir və öhdəliklərindən kənara çıxmaz; ona görə ki, Rusiyanın hazırda iqtisadi və əsgəri imkanları yuxarıda saydığımız bölgələrə, o cümlədən, Suriya, Əfqanıstan və dünyanın bir çox nöqtələrinə “sərf edildiyi” üçün çox məhdudlaşıb. Bu situasiyada Qarabağdakı sülhməramlıların sayını 10 minə qaldırmaq həm Bakı və Ankara ilə münasibətləri gərginləşdirər – ki, Kremlə hazırda bu, qəti sərf etmir, - həm də əlavə əsgər və ciddi maliyyə itkisidir. Nəzərə alın ki, münaqişə bölgələrinə yerləşdirilən əsgərlər ikiqat əmək haqqı alır, onların digər saxlanma xərcləri də kifayət qədər bahalıdır.

Beləliklə, Rusiyanın diqqətinin ətrafında onillərdir yaratdığı münaqişələrə eyni vaxtda cəlb edilməsi və hərbi yüklənməsi hazırda Qərbin əsas hədəfidir və Qarabağ da ABŞ-ın yadına ona görə indi düşüb...

Tarix
2021.04.08 / 21:57
Müəllif
Anar
Şərhlər
Digər xəbərlər

Ankara Moskvanın “qırmızı xətti”ni tapdadı – Şərh

İlham Əliyevin arxalandığı ən böyük güc… - Millət vəkili

İrəvan meri Qarabağa gəldi: həyasız açıqlamalar davam edir

Bu şəxslərin maaşı iki dəfə artırılır

24 saata 105 km irəlilədik - Polkovnik

Şeyx Özoralla görüşdü - Foto

Diqqət: Bu pozuntuya görə təkrar cərimə olmayacaq

Brayza Ağdamın mərkəzində: Ümid edirəm ki... - Video

Ərdoğan Bakıdakı forumda videomesajla iştirak etdi

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla