Yuxarı

İlham Əliyev Ərdoğanla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Ərdoğanla görüşdü

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Axar.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hakim Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə şəxsən təbrik edib.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Əlaqələrimizin bundan sonra da bütün sahələrdə daha da genişlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Bakı-2015 birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulandı. Prezident İlham Əliyev Türkiyə idmançılarına uğurlar arzuladı. Bu tədbirin ölkələr və xalqlar arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi qeyd edilib.

Dövlət başçıları ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tarix
2015.06.12 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla