Yuxarı

Aİ İrəvanla bağlı qəti addım atmalıdır – Elşən Məcidov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aİ İrəvanla bağlı qəti addım atmalıdır – Elşən Məcidov

Təşkilat öncə Qarabağ məsələsində obyektiv mövqe sərgiləməli və Ermənistanı işğalçı tərəf kimi tanımalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elşən Məcidov Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın müharibənin fəsadlarını aradan qaldırmaq üçün qurumun həm Azərbaycan, həm Ermənistanla işləməyə hazır olması haqqında bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Aİ yalnız bəyanatlarla kifayətlənməməli, öz obyektiv mövqeyini atdığı konkret addımlarla ortaya qoymalıdır:

“Toyvo Klaar Ağdama səfəri zamanı müharibənin fəsadlarından, onun ağır tərəflərindən danışıb. Lakin bu, yetərli deyil. Çünki biz reallıqda Aİ tərəfindən bu istiqamətdə konkret addımlar görmürük. İşğalçıya və işğalın qurbanına eyni münasibəti göstərmək olmaz. Biz isə praktikada Aİ-nin Ermənistana 2,6 milyard avro məbləğində yardım paketinin ayrılmasının şahidi oluruq. Müharibənin Azərbaycanın ərazisində baş verməsinə, müharibə zamanı bizə məxsus mülkiyyətin dağılmasına rəğmən, Aİ tərəfindən Azərbaycana ayrılan yardım Ermənistana ayrılan 2,6 milyard avronun yanında çox gülünc bir rəqəmdir. Buna görə təşkilatın müharibə fəsadlarının aradan qaldırılması istiqamətində mövqeyi və fəaliyyəti onun bəyanatlarına ziddir”.

Elşən Məcidov bildirib ki, Aİ-nin Ermənistana ayırdığı yardım Fars körfəzi ilə Qara dənizin Şimal-Cənub dəhlizi vasitəsilə birləşdirilməsinə yönəlib:

“Cənab Klaar müharibənin dəhşətli bir şey olduğunu unutmamaq şərti ilə gələcəyə baxmaq lazım olduğunu bildirib və buna Aİ-ni nümunə çəkib. Halbuki, Avropa ölkələrinin müharibədən sonra sülh şəraitində birgə yaşayışının əsasında əvvəllər rəqib olan ölkələrin ümumi iqtisadi inteqrasiya layihələrində iştirakı durub. Eynilə Azərbaycan və Ermənistanın uzunmüddətli sülh razılaşmasının əsasında da kommunikasiya və nəqliyyat xətlərinin açılması və Zəngəzur dəhlizinin praktikada reallaşması məsələsi mövcuddur. Avropa İttifaqının Ermənistana ayrıdığı yardım isə buna deyil, Fars körfəzi ilə Qara dənizin Şimal-Cənub dəhlizi vasitəsilə birləşdirilməsinə yönəlib. Başqa sözlə desək, Aİ Azərbaycanla kommunikasiyaların bağlı olması şəraitində Ermənistana dünyaya çıxmaq üçün alternativ marşrut təklif edir”.

Politoloq bütün bunlara baxmayaraq, Aİ nümayəndəsinin Ağdama səfərini müsbət hadisə kimi dəyərləndirib:

“Bununla belə, Aİ nümayəndəsinin Ermənistan tərəfindən 30 il müddətində sistematik dağıntılara məruz qalan Ağdam şəhərinə səfər etməsi və bu barbarlığa əyani surətdə şahidlik etməsi Ermənistanın “xristian mədəni sivilizasiyası” olması haqqında yalana daha bir zərbədir”.

Tarix
2021.09.20 / 12:08
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla