Yuxarı

Yeganə Hacıyeva: “Müsavatın Milli Şuradan çıxması gözlənilən idi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyası başqanının keçmiş müşaviri Yeganə Hacıyeva ilə Müsavatın Milli Şuranı tərk etməsi barədə, həm də istefasının səbəbləri barədə söhbətləşdik. Xatırladaq ki, Yeganə Hacıyeva ötən ay tutduğu postdan istefa verib, partiya sıralarından ayrılmışdı. Yeganə xanımla istefa verdiyi gün görüşsək də, o bir çox məqamları açıqlamaq üçün bir az da gözləməyi məqbul bilmişdi. Nəhayət, Yeganə Hacıyeva ilə növbəti görüşümüzdə suallarımıza cavab ala bildik.

Hakim partiyaya qoşulardım...

- Müsavat partiyasının Milli Şuradan çıxma səbəbi nədir?

- Əgər siz məndən soruşsanız ki, Müsavatın Milli Şuradan çıxması sizin üçün gözlənilməz oldumu? – Yox. Mən bunu may ayından bilirdim. Bunun əvvəl-axır belə olacağı aydın idi. Partiyalara və digər təşkilatlara edilən müttəfiqlik təklifi də Milli Şuranı tərk etdikdən sonar tənqidlərə məruz qalmamaq üçün atılan addım idi. Bu günlərdə oxuyuram ki, bir çox müsavatçılar məni karyerist adlandırırlar. Karyerist olsaydım, 2005-ci ildə Müsavat partiyasına niyə gəlirdim?! Hakimiyyətdə olan partiyaya qoşulmaq daha doğru olmazdımı?!

- Sizin Müsavat partiyasından istefanız Müsavatın Milli Şuradan çıxma istəyi ilə bağlı idi?

- Bu barədə uzun müddətdir danışıqlar gedirdi. İstefam nəticənin belə olacağını bildiyim üçün idi. Bundan başqa zaman-zaman açıq suallar olurdu, o suallara cavab tapmırdım. Və tapdığım cavablar da mənim xoşuma gəlmirdi. Mən səkkiz il Müsavat partiyasının üzvü, 2003-cü ildən təəssübkeşi olmuşam. 2005-ci il 14 noyabr Parlament seçkilərindən sonra rəsmən Müsavat partiyasının sıralarına qoşuldum. Sonrakı 8 illik fəaliyyətimdə sakit dövrlər də oldu, aktiv dövrlər də. Son bir ildə isə mən hər gün Müsavat partiyasında oldum, partiyanın hər qərarının şahidi oldum, proseslərin hər addımından xəbərim oldu. O proseslər mənim öncələr təxmin etdiyim, amma qəbul etmədiyim şeyləri mənə aydın elədi. Çoxlu suallar yarandı idarəçiliklə bağlı, çox şeylər oldu...

Sualı İsa Qəmbərə vermək daha doğru olardı

- Hansı suallar yarandı?

- Bunu açmayaq. Çünki fikirləşirəm ki, bunu mənim açmağım doğru olmaz.

- Müsavat İctimai Palatadan da, Azadlıq blokundan da, Demkonqresdən də çıxan tərəf olub. Sizcə, bunun səbəbi nədir?

- Düşündürücü sualdır. Səbəbləri partiyanın rəhbərliyi daha yaxşı bilər. Sualı İsa Qəmbərə vermək daha doğru olardı. Mənə gəldikdə, fikirləşirəm ki, Müsavat partiyasında verilən hər hansı bir qərarın İsa Qəmbərin razılığı olmadan verildiyinə inanmıram.

2005-də Milli Məclisdə deputat mandatı alan şəxslər...

- Müsavat daxilində Milli Şuradan çıxmağını dəstəkləyənlər kimlərdir?

- Dəstəkləməyənlər daha çoxdur. Qubad İbadoğlu dəstəkləmir, Tofiq Yaqublu dəstəkləmir, sıravi üzvlərin böyük çoxluğu Milli Şurada qalmağın tərəfdarı idi. Milli Şuradan çıxmağın tərəfdarları əsasən 2005-ci ildə Milli Məclisdə deputat mandatı alan şəxslər və digərləridir. O kəsim çıxmağın tərəfdarıdır ki, biz o kəsimi küçələrdə görmürük, konfranslarda görmürük.

- Milli Şuradan çıxmağın tərəfdarı olan şəxslərin arqumentləri nədir?

- Milli Şuradan çıxmaq istəyənlərdə arqument görmədim. O sualların cavabını, əlbəttə, onlar özləri də verəcək.

- Fuad Qəhrəmanlı Müsavatın hökümətlə sövdələşməsindən söz edib...

- Mən danışanda faktlar varsa, danışmağı doğru sayıram. Tanıdığım qədərilə Fuad bəy də danışarkən faktlarla danışan biridir.

Biz hələ 20 il də müxalifətdə qalacağıq

- Hazırda gedən prosesləri necə dəyərləndirirsiniz?

- Biz elə məqama gəlmişik ki, Azərbaycanda cəmiyyət və müxalifət ayrı-ayrı anlama gəlir. Ortada bir idarə olunmayan, çoxluğa güvənini, inamını itirmiş, hər şeydən narazı kontingent var. Əksər müxalifətçilər deyir ki, insanlar qorxduğu üçün küçəyə çıxmır. Özünü yandıran bir cəmiyyətə, yəni qorxusunu özünü yandıracaq dərəcədə aşmış bir cəmiyyət nədən qorxa bilər ki?! Məsələ burda gəlir güvənin, inamın üstünə. Cəmiyyət inanmır bəlkə. Yəqin ki, inanmır. Müxalifət, partiyalar başa düşməlidirlər ki, onlar bu ölkədə nəyisə bu cəmiyyət üçün edirlər. Apardığımız mübarizə o vaxt nəticə verər ki, bu, cəmiyyət tərəfindən qəbul olunsun, cəmiyyət bizim nə etmək istədiyimizi anlasın və bizə dəstək versin. Cəmiyyət dəstək verməsə, biz hələ 20 il də müxalifətdə qalacağıq. Bu ölkədə kimsə nəyisə yaxşılığa doğru dəyişmək gücündədirsə, mən ona ancaq dəstək verə bilərəm. Ətrafımızda elə firqələr var, onlar hesab edir ki, bu dəyişikliyi ya biz etməliyik, ya da heç kim. Bu, tamamilə səhv yanaşmadır.

- Sizcə, Milli Şuranın aqibəti necə olacaq?

- Buna birlikdə qərar verəcəyik. Cəmil müəllim, Koordinasiya şurasının üzvləri və digər dostlar birlikdə qərar verəcəyik. Hər işdə bir xeyir var. Mən çoxluq kimi son bir ayda fikirləşirdim ki, qoy təmizləmə olsun. Təmizləndikdən sonra daha yaxşı olacaq. Mən optimistəm.

Tarix
2014.01.08 / 16:42
Müəllif
Emil Bağırov
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla