Yuxarı

Mağazada 203 saxta araq aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mağazada 203 saxta araq aşkarlandı

Şəmkir şəhərində mağazada ümumi miqdarı 127.6 litr olan 203 ədəd saxta araq aşkarlanıb.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Belə ki, mağazada "Belaya", "Organic Ultra", "Organic Brand", "Organic Free", "Organic Ekskluziv", "Oscar", "Sobranie", "Ağsu", "İCE", "Organic", "Moskovskiy" əmtəə nişanlı ümumi miqdarı 127.6 litr olan 203 ədəd saxta araq aşkar edilərək satışdan kənarlaşdırılıb. Məhsulların müşayiətedici sənədlərinin olmadığı, etiket məlumatlarının yanlış qeyd edildiyi müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, saxta məhsulların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün faktla bağlı materialların hüquq-mühafizə orqanına göndərilməsi nəzərdə tutulub.

Tarix
2025.11.20 / 09:51
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sülh Ermənistan üçün vacibdir - Mirzoyan

Dünənin, bu günün və sabahın partiyası

İşğal zamanı Ağdam böyük dağıntılara məruz qalmışdı

Ölkədə ipoteka sistemi çökür: Evlərin kəskin bahalaşması...

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla