Yuxarı

Üç ölkədə axtarışda olan qanuni oğru Polad kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, bir neçə gün əvvəl Türkiyənin Mersin şəhərində azərbaycanlı qanuni oğru Rafiq Eyvazova (“Rafik Masallinski”) sui-qəsd edilib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər qanuni oğruya 4 güllə vurub. Onun sonrakı taleyi haqda dəqiq bilgi yoxdur. Son xəbər onun xəstəxanaya yerləşdirildiyi barədə idi.

Rusiya mənbələri hücumun arxasında Lotu Qulinin (Nadir Səlifov) qardaşı, qanuni oğru Namiq Səlifovun və onun “sağ əli” Polad Ömərovun durduğunu yazıb. İddia olunur ki, Namiq və Polad Lotu Qulinin qətlində əli olan hər kəsi cəzalandırmaqda israrlıdır.

“Rafiq Masallinski” Səlifovların Türkiyədə güclü mövqedə olduğunu bildiyindən, İstanbul və Antalyadan çox uzaqda - Suriya ilə sərhədə yaxın olan Mersində məskunlaşmağı seçib. Onun Mersində yaşadığını da çox az adam bilib. Buna baxmayaraq, Lotu Qulinin adamları onu tapıb öldürməyə çalışıblar.

Polad Ömərovun Lotu Qulinin qan qohumu olduğu deyilir. Qulinin sağlığında Polad onun yaxın çevrəsinə daxil olmasa da, qətlindən sonra Polad qanun oğru Namiq Səlifovla həddindən artıq yaxınlaşıb. Polad da Qulinin qətliamında əli olan hər kəsi cəzalandıracağına söz verib.

Nazir Əliyevin 2021-ci ilin dekabrında Odessada öldürülməsinin arxasında da Poladın dayandığı bildirilir. Yada salaq ki, Nazir Əliyev Quliyə yaxın adam olub və faktiki onun mühafizə xidmətinin rəisi vəzifəsində çalışıb. Quliyə sui-qəsdən əvvəl o, elə təşkil edib ki, qanuni oğru mühafizəçisiz qalıb. Sonradan məlum olub ki, qətldə onun da ciddi rolu olub. Cinayətdən sonra o, Odessada gizlənib. Yalnız Poladın göstərişi ilə Qulinin keçmiş cangüdəni Şöhrəddin Quliyev onun gizləndiyi yeri tapılıb. Elə o da Əliyevi qətlə yetirən yerdə saxlanılıb və bütün günahı öz üzərinə götürüb.

Polad Ömərovun tərcümeyi-halı “zəngindir”. O, iki nəfərin oğurlanması və qətlə yetirilməsinə görə Ukrayna tərəfindən beynəlxalq axtarışa verilib. Və bu, onun ukraynalı qurbanlarının tam siyahısı deyil. O, Qazaxıstan, Çexiya və Bolqarıstan hüquq-mühafizə orqanlarının axtardığı şəxslər siyahısında olub. Lakin Polad Ömərov qanuni oğru adı almayıb. Elə bu günlərdə o, Rövşən Caniyevin (Rövşən Lənkəranski) qardaş(lar)ını güllələyənə 3 milyon dollar mükafat elan edib. Ümumiyyətlə, onun potensial qurbanları əsasən, müxtəlif vaxtlarda Quliyə qarşı çıxanlardır. İndi Polad Ömərov etibarlı şəxslər vasitəsilə Moskva vilayətində gül və göyərti biznesinə nəzarət etməyə çalışır. Üstəlik, o, Moskvanın böyük bazarlarında, o cümlədən “Food City”yə xərac qoymağa başlayıb. Qanuni oğru Vaqif Süleymanovun (Diplomat Vaqif) Poladla anlaşma cəhdi alınmayıb.

Yada salaq ki, Lotu Quli 2020-ci ilin avqustunda Türkiyədə yaxın adamı tərəfindən güllələnib. Quli klanı qətldə “qanuni oğrular” Əli Heydərov (Albert Rıjıy), Rafik Massalinski və Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxın qohumu Zaur Əhmədovu suçlayır. Onların hamısının Quliyə nifrət etmək üçün səbəbləri var idi və hər biri onun öldürülməsində maraqlı idi. Gəncəli qanuni oğru ötən ilin aprelində məşq zalında öldürülüb. Rafiq Masallınski ölməyibsə, həyatı yenə də təhlükədədir. Zaur Əhmədovun isə Moskvada mühafizəçilər ordusu ilə işə gəlib-getdiyi deyilir.

Tarix
2022.04.16 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi - MN-dən açıqlama

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla