Yuxarı

Bakı Piter görüşü öncəsi Xankəndini gündəmə gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin əsas vəzifəsi təhlükəsizliyi təmin etməkdir. Bu təhlükəsizliyə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işi çərçivəsində Ankaradan olan hərbçilər də fəal töhfələrini verirlər.

Bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı tanınmış siyasi analitiki Vitali Arkov bildirib.

“Bu, çox çətin gündəlik işdir, çünki aydındır ki, onilliklər boyu davam edən düşmənçilikdən sonra iki qonşu xalq bir-birinə yalnız silahın nişangahından baxıb. Ermənistan və Azərbaycanda milyonlarla insanın şüurunu dərhal dəyişdirmək, şübhəsiz ki, vacib sənədlər altında imzalar atmaqla obyektiv olaraq mümkün deyil. Ancaq sülh prosesi başlanıb, o, tədricən hərəkət edir və heç kim onu dayandıra bilməz. Bu prossesi nə Ermənistan tərəfinin kriminal və destruktiv siyasi ünsürləri, nə də onların əlləri ilə Cənubi Qafqazda xarici qüvvələr – həm Qərb, həm də Azərbaycan və Ermənistanın qonşusu dayandıra bilər.

Bu günlərdə Xankəndi yaxınlığında baş verən hadisələr dinc xarakter daşıyır və mən çox ümid edirəm ki, təxribatçılar aksiyada iştirak edənlər sırasına düşə bilməyəcək – təxribatçıların məqsədi qan tökmək və sonradan həlli çətin ola biləcək nəticələr əldə etməkdir. Məhz buna görə də mən Azərbaycanın güc strukturlarına müraciət etmək istəyirəm ki, orada olan bütün insanların “tikanlarını” yoxlayaraq vəziyyəti nəzarət altında saxlasınlar.

Yeri gəlmişkən, aksiya iştirakçıları iradlarını birbaşa sülhməramlı əsgərlərə və hətta general-mayor Andrey Volkova ünvanlamırlar. Çünki müstəqil olaraq sülməramlıların aksiya iştirakçılarının istədiklərini yerinə yetirmək hüququ yoxdur. Buna görə də mən baş verənləri Bakı tərəfindən dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitindən əvvəl Qarabağda faydalı qazıntıların çıxarılması məsələsinin əhəmiyyətinin artırılması kimi qiymətləndirirəm. Yeri gəlmişkən, Rusiya prezidenti azərbaycanlı həmkarı, eləcə də erməni baş naziri ilə telefon danışıqları aparıb və əminəm ki, bu məsələ də müzakirə olunub”, - deyə həmsöhbətimiz bildirib.

Tarix
2022.12.14 / 11:17
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

İki gün ard-arda baş verən mina partlayışları... - XİN

Təyyarə Ermənistanı keçib Azərbaycana endi: Kim icazə verib?

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirdi

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir

Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur?

Türkiyə və Gürcüstan din xadimləri Şuşada

Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər

Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri

Putin və Tramp Əliyevi təbrik etdi, Paşinyanı saymadı - Alaverdyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla