Yuxarı

Güneyli müğənni sığındığı Türkiyədən qovulur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən 2004-cü ildən Ankarada vokal və piano müəllimi olaraq çalışıram. Bəzi qurumların dəvəti ilə arada konsertlərim olur. 2011-ci ildən isə siyasi səbəblərdən dolayı Birləşmiş Millətlər Təşkilatı mənə qaçqın statusu verib.

Bu sözləri Axar.az-a Türkiyədə mühacirətdə yaşayan güneyli müğənni Xosrov Əmiri deyib.

Bir ay ərzində ölkədən deport olunması məsələsindən danışan güneyli müğənni bildirib ki, buna səbəb Güney Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirdən gec qayıtması olub:

“Türkiyədə yaşayan qaçqınlar öz yaşadıqları şəhərdən başqa şəhərə getmək istəyəndə Köç idarəsindən icazə vərəqəsi almalıdırlar. 30 sentyabrda İzmirdə Güney Azərbaycan Kültür Günləri Festivalına dəvət olunmuşdum. Oktyabrın 4-ə qədər çıxış iznim var idi. Lakin gecikdim və iki-üç gün sonra geri döndüm. Yolda polis tərəfindən avtobusdan düşürüldüm. Mənə gecikmə sənədi verdilər. Noyabrın 4-də isə Köç idarəsi Türkiyədən çıxarılmağımla bağlı sənəd göndərdi. Bir aydan sonra ölkəni tərk etməliyəm. Göndərməmələri ilə bağlı çox xahiş etdim. Bu yaşda qaçqın kimi gəlib, 12 ildir Türkiyədə yaşayıram. 60 yaşım var, xəstəxanaya müraciət edə bilmirəm. İşləmək icazəmiz yoxdur. Bəzi çətinliklərimiz var. Burada yaşayan qaçqınlar Avropadakı kimi deyil, şərtlər çox kəskindir. Türkiyədə 10 milyondan çox qaçqın var. Onların hamısına yardım etmək çətindir. Xahiş etdim ki, maddi cəza kəsilsin, lakin mənə çıxmağımla bağlı qərar verildiyi bildirildi”.

Türkiyədən çıxdıqdan sonra hansı ölkəyə göndəriləcəyi ilə bağlı dəqiq məlumatı olmadığını deyən güneyli sənətçi təhlükəsizliyinin də sual altında olduğunu bildirib:

“6 ay bundan öncəyə kimi eyni ilə bu durumda idim. 4 il idi məhkəmələri dolanırdım ki, buradakı statusumu bərpa edim. Bilmirəm, bu, tapşırıqdır, nədir? Niyə mən burada əziyyət çəkirəm? BMT-yə də dəfələrlə müraciət etmişəm ki, məni Türkiyədən başqa ölkəyə göndərin. Sənət baxımından uğur əldə edə bilmədim. Görünür, İranın da təzyiqi var. Öz istəyimlə olsa, çıxıb gedərəm. Amma buna BMT və Köç idarəsi qərar verməlidir. 12 ildir növbədəyəm. İdarədə soruşdum ki, indi hara gedə bilərəm? Bildirdilər ki, İrandan viza tələb olunmayan ölkələrdən birinə… Türkiyədən çıxsam, qaçqın statusumu itirirəm və bir il Türkiyəyə dönə bilməyəcəm. Beləliklə, çöllərdə yaşamalı olacağam. Yaşadığım ölkədə necə olacaq? Məni tuta bilərlər, ya yox, bilmirəm… Elə vəziyyətə gətiriblər ki, gedib ancaq intihar edək. Çıxılmaz bir durumdur”.

Tarix
2023.11.07 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla