Yuxarı

Sahibkarlar üçün şans: Xankəndidə güzəştlər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndidə əsas problemli sahələrdən biri məişət, iaşə və xidmət obyektlərinin az olmasıdır. Bu sahələrə çox böyük ehtiyac var.

Bu sözləri Axar.az-a işğaldan azad olunan ərazilərdə, o cümlədən Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara güzəştlərin edilməsi barədə danışan millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, dövlət bu ərazilərə sahibkarları cəlb etməkdə maraqlıdır:

“Xankəndiyə gələn yerli və xarici turistləri yerləşdirmək və onlara xidmət göstərmək üçün otellər, restoranlar tikilməlidir. Bundan başqa, bərbərxana, gözəllik salonu, market və digər xidmət sahələri də istifadəyə verilməlidir. Dövlət Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən azad olunan şəhər və rayonların planı hazırlanıb. Həmin plana əsasən Xankəndi şəhərində otel, restoran, ticarət mərkəzi və başqa xidmət obyektləri tikiləcək. Buna görə də burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən çox ciddi güzəştlər nəzərdə tutulub”, - V.Əhmədov bildirib.

Qeyd edək ki, Xankəndidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara vergi, sosial və kommunal güzəştlər ediləcək. Həmçinin 10 il müddətinə vergidən azad olma da nəzərdə tutulub.

Tarix
2024.01.31 / 14:24
Müəllif
Valeh Dadaşov
Digər xəbərlər

Ermənistanın yaydığı bu məlumat yalandır - MN

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla