Yuxarı

“O ölkələrdə dini qarşıdurmalar qaçılmaz olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“O ölkələrdə dini qarşıdurmalar qaçılmaz olacaq”

Qloballaşan dünyada heç bir cəmiyyət multikulturalizmin təsirindən kənarda qala bilməz. Çünki müəyyən sərhədlər çərçivəsində özünə qapanmış istənilən mədəniyyət tez bir zamanda tənəzzülə uğrayar. Odur ki, xalqımızın zəngin mənəvi-mədəni dəyərlərinin, mədəniyyətinin qorunması və inkişaf etdirilməsi məqsədilə multikulturalizm siyasətinin həyata keçirilməsi dövlətimizin əsas prioritetlərindən biridir.

Axar.az xəbər verir ki, bu sözləri "Respublika" qəzetinə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, multikurural dəyərlərin olmadığı ölkələrdə etnik, dini, irqi zəmində qarşıdurmalar, münaqişələr qaçınılmaz hala gələcək:

"Multikultural təhlükəsizlik - ölkədə yaşayan irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının, eyni zamanda bütün xalqların, etnik qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi deməkdir. Tarix boyu ölkəmizdə mövcud olan müxtəlif konfessiyaların, etnik birliklərin dostluq və mehriban şəraitdə yaşaması ənənəsi müstəqilliyimizin bərpasından sonra yeni bir mərhələyə qədəm qoyub. Dövlət müxtəlif konfessiyalara bərabər siyasi münasibət bəsləyir, azsaylı xalqların müxtəlifliklərinin qorunması istiqamətində öz qayğısını əsirgəmir və ən əsası, heç birini digərindən fərqləndirmir. Bu da dinindən, milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşları arasında dostluq, qardaşlıq münasibətinin güclənməsinə və qırılmaz tellərlə bir-birinə bağlanmasına gətirib çıxarır. Dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərin, tolerantlıq və multikulturalizm ənənəsinin qorunması sahəsində də ardıcıl siyasət yürüdülür. Aparılan bu siyasətin nəticəsidir ki, dünya bizi multikultural və tolerant dəyərlərə sahib ölkə kimi daha yaxından tanıyır və maraqla öyrənir".

Tarix
2016.02.12 / 11:53
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla