Yuxarı

Qənirə Paşayeva erməni deputatı susdurdu – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qənirə Paşayeva erməni deputatı susdurdu – Foto

Qənirə Paşayeva AŞPA-da "Büronun inkişaf qətnaməsi"nin müzakirəsi zamanı ön cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycana qarşı ittihamlarla çıxış edən erməni deputat Samvel Farmanyana sərt cavab verib.

Axar.az xəbər verir ki, millət vəkili Ermənistan heyəti adına AŞPA-da çıxış edən S.Farmanyanın həqiqətə uyğun olmayan açıqlamalar verərək dünya ictimaiyyətini yanıltmağa çalışdığını deyib.

"Mən burada başqa bir çıxış edəcəkdim. Terrora qarşı birgə mübarizəmizin gücləndirilməsinin önəmi və mədəniyyətlərarası dialoqun genişlənməsindən danışacaqdım. Amma Ermənistan nümayəndə heyətinin üzvü Samvel Farmanyanın ölkəm əleyhinə söylədiyi yalan və ittihamlara cavab vermək, gerçəkləri sizə çatdırmaq istəyirəm. Mən sizlərə işgalçı Ermənistan hərbçilərinin anasının gözləri önündə qətl etdiyi 16 yaşındakı Turanə Həsənlinin anasının, oğlunun gözləri önündə qətl edilən Dadaşov Qaraşın ailəsinin çağrışlarını səsləndirmək istəyirəm. Apreldə Ermənistan atəşkəsi pozaraq mülki azərbaycanlıları, kəndlərı hədəfə alaraq bir neçə vətəndaşımızı qətl edib, çoxlu sayda evləri dağıdıb. Əlimizdə bunu sübut edən foto və videolar var", - deyə o, qeyd edib.

Millət vəkili əlavə edib ki, Azərbaycan-Ermənistan arasında yaşanan son olaylar, iki ölkənin sərhədində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib:

"Bu müharibədə həlak olan Azərbaycan əsgərləri, hərbiçiləri öz torpaqlarını qoruyurdu. Farmanyandan soruşun ki, erməni əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı? Farmanyanın Qarabağ problemi ilə bağlı mövqeyinə, AŞPA prezidenti Pedro Aqramunta qarşı səsləndirdiyi ittihamlara kəskin etiraz edirəm. AŞPA prezidenti ədalətin yanında olaraq bu problemin həllinə, işğalın bitməsinə çağırır. Biz Assambleyamızı bu məsələyə daha çox diqqət ayırmağa və işğalçı Ermənistana təzyiq etməyə çağırırıq".

Tarix
2016.04.18 / 17:28
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Baş konsulumuz 200 min dollar mənimsəyib?

Litva XİN Azərbaycanı təbrik etdi - Foto

Prezident Ramiz Mehdiyevlə bağlı qərar verdi - Fərman

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan

Mirzoyandan dəhliz açıqlaması

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər - Faktlar

Zirəddin: Mehdiyevin ardınca daha iki səs-küylü həbs...

Rəşad Nəbiyev yenidən federasiya prezidenti seçildi

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla