Yuxarı

Rəsmi Bakıdan Paşinyana cavab: Şübhələri artırır…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 may 2025-ci il tarixində Ermənistan baş nazirinin İrəvan Dialoqu zamanı təkrarladığı mövqe Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, Ermənistanın sülhə sadiqliyi ilə bağlı suallar doğurur.

Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin İrəvan Dialoqu zamanı söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

“Bundan əlavə, Minsk Qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır. Minsk Qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib. Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır.

Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk Qrupunun buraxılmasının “Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk Qrupunun saxlanılmalı olduğuna işarə edir.

Ermənistan baş nazirinin Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir. Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”, - XİN rəsmisi vurğulayıb.

Ayxan Hacızadə qeyd edib ki, kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz:

“Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir. Davamlı sülhə nail olmaq üçün, Ermənistan öz Konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk Qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.

Tarix
2025.05.26 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım - Foto

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla