Yuxarı

Elnarə nazirə məktub yazdı: teatr cavab verdi – Qalmaqal

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə açıq məktub ünvanlayıb.

Axar.az-ın elektron ünvanına daxil olan məktubda E.Xəlilova Opera və Balet Teatrı ilə bağlı qalmaqaldan bəhs edib. Müğənni bildirib ki, ötən həftə Opera və Balet Teatrında "Arşın mal alan” tamaşasına baxıb və tamaşadan olduqca böyük zövq alıb. Ona görə də aktyorları müəllifi olduğu “Speys” telekanalında yayımlanan "Xanımlar və cənablar” adlı proqrama dəvət edib:

“Mayın 13-ü teatrın mətbuat xidmətinin əməkdaşı Şükufə xanımla əlaqə saxlayıb rəhbərlik səviyyəsində aktyorların proqramda iştirakına icazə aldım. Ondan sonra mətbuat xidmətindən bir-bir aktyorların telefon nömrəsini alıb, şəxsən özüm onlara zəng edib verilişimə dəvət etdim. Hər kəsin razılığını aldıqdan sonra 76 yaşlı, çoxdan təqaüdə getməli olan rejissor işləri müdiri Tamara Eyvazova mənə zəng vurub aktyorları buraxmadığını söylədi. Səbəbini soruşduqda həmin gün saat 4-də aktyorlardan üçünün "Sevil” operasının məşqində olmalarını dedi”.

Müğənninin sözlərinə görə, o, verilişin çəkiliş vaxtını daha bir saat əvvələ - 12:00-a çəkib və 1 saatlıq çəkilişdən sonra aktyorların məşqə qədər 3 saat vaxtlarının qaldığını əsas gətirərək, təkrar teatra müraciət edib:

“Hər nə qədər aktyorların məşqə gecikməyəcəklərinə dair faktlar sadalasam da, 76 yaşlı bu xanımın “icazəsini” ala bilmədim. O, mənim heç bir fikrimi dinləməyərək “aktyorlarımı proqrama buraxmıram” dedi...

Mayın 14-də isə mənə bildirdilər ki, Opera və Balet Teatrının rəhbərliyi iclas edib və bütün aktyorlara "Xanımlar və cənablar” proqramında iştirak etməyi qadağan edib. Teatrın direktoru bildirib ki, hansı aktyor proqrama getmək istəyirsə, ərizəsini yazıb işdən çıxsın. Rəhbərlik aktyorları şantaj edib”.

Sonda Elnarə Xəlilova nazirdən “təqaüd yaşına çatmış” və teatrın təbliğinə və inkişafına mane olan şəxslərlə bağlı ölçü götürməyi xahiş edib.

Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva isə Axar.az-a açıqlamasında müğənni Elnarə Xəlilovanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə açıq məktubunda yazdıqlarının hamısını böhtan adlandırıb.

O qeyd edib ki, belə bir şey ümumiyyətlə olmayıb: “Elnarə xanım verilişə dəvətlə bağlı mənimlə əlaqə saxlayıb. O, “Arşın mal alan” tamaşasına baxdığını və aktyorları müəllifi olduğu “Xanımlar və cənablar” verilişinə dəvət etmək istədiyini bildirdi. Mən bunun müsbət fikir olduğunu deyərək, rəhbərliyə məlumat verəcəyimi bildirdim. Başa düşmürəm, burda hansı icazədən söhbət gedir? Əvvəla, mənim belə bir icazə vermək hüququm yoxdur. O ki qaldı solistlərin fərdi olaraq hər hansı verilişdə iştirakına, bunun üçün icazə alınmır. Onlar vaxtlarını özləri uyğunlaşdıraraq istənilən televiziya proqramında iştirak edə bilərlər. Yəni bu, teatrın uğurudur. Bunun qarşısını nəyə görə alaq ki?!

Bu verilişdə isə söhbət qrup şəkilində iştirakdan gedirdi. Teatrın rejissor işləri müdiri Tamara Eyvazova aktyorların verilişin çəkiliş günü “Sevil” operasının məşqində olmaları səbəbindən Elnarə xanımdan çəkilişin vaxtını dəyişməyi xahiş edib. Qadağa haqda söz belə gedə bilməz”.

Mətbuat sözçüsü bildirib ki, yanlış məlumat verən müğənninin özüdür:

“O, məktubda bildirib ki, guya Opera və Balet Teatrının rəhbərliyi iclas edib və bütün aktyorlara “Xanımlar və cənablar” proqramda iştirak etməyini qadağan edib. Teatrın direktoru bildirib ki, hansı aktyor proqrama getmək istəyirsə, ərizəsini yazıb işdən çıxsın. Belə çıxır ki, rəhbərlik aktyorları şantaj edib. Bu hansı məntiqlə və hansı mənbəyə istinadən yazılıbsa məlum deyil”.

Tarix
2017.05.15 / 14:47
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla