Yuxarı

Suriya iki dövlət arasında bölüşdürüldü - Tarixi saziş

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gün keçdikcə əsas münaqişə ocağına çevrilən Suriya torpaqları eramızdan əvvəl də zaman-zaman müxtəlif dövlətlərin maraq dairəsində olub. Xüsusən e.ə XIII əsrdə Qədim Misir və Het dövləti Suriya şəhərləri uğrunda müharibə aparıb. Lakin uzun illər davam edən savaş nəticə verməyib və tərəflər sonda sülh bağlayıb. Bir çox tarixçinin fikrincə, bu sülh tarixdə imzalanmış ilk yazılı müqavilədir. Qəribədir ki, yazılı sülhün təməlinin bu anlaşma ilə qoyulmasına baxmayaraq, bu gün Suriyada tərəflər heç cür ortaq məxrəcə gələ bilmirlər.

Kult.az bildirir ki, hazırda yerli müxaliflərin, müxtəlif qruplaşmaların və dünyanın supergüclərinin maraq dairəsində olan Suriya, eradan əvvəl XIII əsrdə Het kralı Muvatalli və Misir fironu II Ramzesin hədəfində idi. Onlar Suriyada öz hegemonluqlarını təmin etməyi qarşılarına məqsəd qoymuşdular. Bu məqsəd tərəfləri e.ə 1274-cü ildə indiki Suriya və Livan sərhədində, Orentos çayı üzərindəki Kadeş şəhərində üz-üzə gətirdi.

II Ramzes bu döyüşə 20 min döyüşçü və 2 min döyüş arabası ilə qatılmışdı. Ordu əsasən xəncər və 90 metrlik hədəfi dəqiq vuran kamanlarla silahlanmışdı.

Hetlər isə Misirin düşmənləri - Naharina, Karkemiş, Kadeş, Uqarit və Halpa çarları ilə birləşərək, 37 min nəfərlik piyada, 3500 döyüş arabasına malik ordu hazırlamışdı. Misirlilərin döyüş arabasından fərqli olaraq hetlərə məxsus arabalar üç ekipajlı, ağır və az manevrli idilər. Bu döyüşdə hetlər ilk dəfə dəmir kəsici silahdan istifadə etmişdilər.

Het kralı Muvatalli Misir ordusu ilə açıq döyüşdən çəkinirdi. Onun ordusu sayca çox olsa da, nizamsız idi və əsasən muzdlulardan təşkil edilmişdi. Orduda başqa xalqların, köçəri tayfaların olması ona rəhbərliyi xeyli çətinləşdirirdi. Belə nizamsız ordu ilə mütəşəkkil Misir ordusuna qalib gəlmək çox çətin idi. Het kralı hərbi gücdən çox, hiylə ilə qalib gəlməyə ümid bəsləyirdi. O, elə bu yola da əl atdı...

Bədəvilərin yalanı

E.ə. 1274-cü ilin aprelində Misir gözətçiləri iki bədəvini tuturlar. Onlar Ramzes uğrunda vuruşmaq istədiklərini, Het dövlətinin paytaxtı Hattuşa şəhərinin hakiminin yerində olmadığını deyirlər. Ramzes bu deyilənlərdən şübhələnmir və dərhal Kadeşə hücum edir. Nəticədə ordusunun 20-30 km aralıda olan diviziyaları bu hücuma qoşula bilmirlər. Belədə Ramzes öz qrupu ilə tək qalır.

Bir qədər sonra misirlilər daha iki heti ələ keçirirlər. Onlar bədəvilərin yalan söylədiklərini, bunun bir tələ olduğunu və hetlərin qoşununun Kadeş həndəvərində, şəhərdən şərqdə yerləşdiyini bildirirlər.

Bu arada Muvatalli 1000 ədəd döyüş arabasını Orentes üzərindən misirlilərin Ra diviziyasına həmlə etmək üçün göndərir. Bunu gözləməyən misirlilər böyük itkilər verərək, geri çəkilməyə məcbur olurlar. II Ramzes Amon diviziyası ilə Ranın geri çəkilməsindən və Ptah və Set diviziyalarının xeyli aralı olmasından çıxılmaz vəziyyətə düşür. Belə olan halda hetlər qələbəyə arxayınlaşırlar. Lakin sahil istiqamətindən Kadeşə yollanmış növbəti Misir dəstəsinin yetişməsi döyüşün taleyinə təsir edir, II Ramzes mühasirəni yara bilir. Bunu görən Muvatalli qaçan misirlilərin təqibini dayandıraraq, Orentes çayının şərq sahilində qərar tutmağa məcbur olur. Lakin II Ramzes az qüvvə ilə duruş gətirə bilməyəcəyindən öz dəstələrini toplayaraq, döyüşdən kənar qalmış Ptah və Set diviziyalarının mövqelərinə çəkilir.

Döyüşün sonu

II Ramzes öz məqsədinə - Kadeşin fəthinə nail ola bilmir. Uğrunda müharibə gedən ərazilər hetlərin əlində qalır.

Sülh müqaviləsi II Ramzes ilə Muvatallinin varisi III Hattusilis tərəfindən imzalanır. Bu müqavilə sülh, qardaşlıq, xarici təcavüzün və daxili siyasi konfliktlərin dəf edilməsində əməkdaşlıq haqqında məlum olan ən qədim müqavilələrdən biri, bəlkə də birincisidir.

Müqavilənin qısa mətni belədir: “Qoy əbədiyyətə qədər tanrı Misirin böyük hökmdarı və Het ölkəsinin böyük hökmdarı arasında bu müqaviləyə uyğun olaraq düşmənçilik yaranmasına imkan verməsin. Qoy Het ölkəsinin böyük hökmdarının övladları Misirin böyük hökmdarı Ramzesin övladları ilə qardaş olsunlar və sülh şəraitində yaşasınlar. Qoy Misirin böyük hökmdarı Ramzes hər hansı bir yeri tutmaq məqsədi ilə heç vaxt Het ölkəsinə hücum etməsin”.

Müqaviləyə əsasən, Suriya və Finikiyanın çox hissəsi hetlərin, Cənubi Finikiya, Cənubi Suriya və Fələstin isə Misirin nüfuz dairəsində qalır.

Sülh sənədi BMT-də

Misirlə Het dövləti arasında imzalanmış bu müqavilənin nüsxəsi hazırda BMT-nin binasında saxlanılır.

Təxminən 3 min il əvvəl Suriya uğrunda gedən savaş belə bir ali dəyərlərə dayanan sülh sazişi ilə başa çatsa da, bu gün modernləşən dünyada həmin ərazilərdə kütləvi qırğınlar törədilir, qadağan olunmuş silahlardan istifadə edilir, uşaqlar qətl edilir. Bu, bizim - çağdaş dünya insanının öz sələfindən düz 3 min il geridə qaldığını göstərən nümunələrdən biridir.

Tarix
2018.09.28 / 08:00
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla