Yuxarı

Azərbaycanda Stalin dəhşətləri - Vikipediya

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Stalin dəhşətləri - Vikipediya

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da “Azərbaycanda Stalin repressiyaları” sərlövhəli məqalə yaradılıb.

MEK-dən Kult.az-a bildirilib ki, “Vikipediya”da seçilmiş məqalə statusu almış bu geniş materialda repressiyalara qədər baş verən hadisələr, İosif Stalinin hakimiyyətə gəlişi, kütləvi “təmizləmə”lərin başlanması barədə məlumat verilib.

“1930-1936-cı illər arası siyasi repressiyalar”, “Böyük təmizləmə Azərbaycanda”, “Respublika rəhbərlərinə və partiya üzvlərinə qarşı repressiyalar”, “Şamaxı prosesi”, “Xalq təsərrüfatı sistemində repressiyalar”, “Ziyalıların repressiyası”, “Mikayıl Müşfiqin işi”, “Elm xadimləri”, “Ümumittifaq pantürk təşkilatı” işi üzrə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında repressiyalar” sərlövhəli məqalələrdə oxucular mövzu ilə bağlı ətraflı məlumat əldə edə bilərlər. Məqalədə, həmçinin repressiyaya məruz qalmış şair və yazıçılar, incəsənət xadimləri, “böyük təmizləmə”nin bitməsi haqqında geniş məlumat verilib, qurbanların sayı göstərilib.

Məlumatda, eyni zamanda, “Almanların Azərbaycandan deportasiyası”, “İşgəncələr”, “Repressiyaya məruz qalanların yaxınları”, “Repressiya və din”, “Azərbaycanda QULAQ düşərgələri”, “Repressiyaya məruz qalmış Cümhuriyyət tələbələri” başlıqları da mövcuddur.

Qeyd edək ki, “Azərbaycanda Stalin repressiyaları” məqaləsi ölkəmizdə repressiya dövrü və mövzu ilə bağlı dəyərli mənbədir və burada 260-dan çox istinad mövcuddur.

Məqalə ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Tarix
2019.04.10 / 12:51
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla