Yuxarı

Deputatın adına 10 milyonluq obyekt aldığı xalq artisti danışdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:46

Müğənni Gülyaz Məmmədova deputat Cavanşir Feyziyevin hazırda həbsdə olan keçmiş deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevdən aldığı obyektin onun adına rəsmiləşdirməsinə aydınlıq gətirib.

Kult.az-a danışan müğənni bildirib ki, onun bu məsələyə heç bir aidiyyəti yoxdur.

G.Məmmədova deyib ki, yazılanlardan məlumatı var:

“Yazılanların heç bir əsası yoxdur. Bu səbəbdən bu barədə danışmağa dəyməz”.

Müğənni Musavat.com-a açıqlamasında isə obyekt aldığını təsdiqləyib:

“Cavanşir Feyziyev bizim qohumumuzdur. Ona görə də jurnalistlər bu məsələdə bağlılıq axtarır. Hamı əmlak ala bilər, bəli, mən də əmlak almışam, amma özüm almışam və obyekt mənim adıma olub. Bu çoxdan olub-bitmiş məsələdir, kimsə qurdalayıb, ortalığa çıxardır. Məsləhət görürəm ki, açıb-ağardılmasın. Ümumiyyətlə, son vaxtlar sənətinə hörmət edən şəxslər barəsində başqa söhbətlər, məlumatlar dərc edirlər. İnsanlar boş qalmır. Müğənnilərdən nə istəyirlər?”

Müğənni “Quska” ləqəbli Hüseyn Abdullayevi tanımadığını da bildirib: “Hüseyn kimdir? Mən ümumiyyətlə onu tanımıram”.

Xatırladaq ki, deputat Cavanşir Feyziyev sabiq deputat Hüseyn Abdullayevin milyonlarla dəyəri olan əmlakını alıb. Hüseyn Abdullayevin obyekti deputat Cavanşir Feyziyevin adamlarının iştirakı ilə 3 nəfərin adına sənədləşdirilib.

3 nəfərdən birinin müğənni Gülyaz Məmmədova olduğu bildirilir. Digər iki nəfər isə Sücəddin Kərimov və Yelizaveta Əlizadə adlı şəxslərdir.

Tarix
2019.04.24 / 11:54
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla