Yuxarı

BMT Azərbaycandan üzr istəsin - Deputat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT bir neçə gün öncə yayımladığı saxta hesabata görə Azərbaycandan üzr istəməlidir.

Kult.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, BMT Ermənistana növbəti təxribat üçün şərait yaradıb:

“Bu günə qədər Ermənistan Azərbaycanla bağlı beynəlxalq təşkilatlarda və qurumlarda bir çox təxribatlara əl atıb. Amma onların təxribatlarının qarşısı ciddi şəkildə alınıb. Bu dəfə Ermənistanın növbəti təxribatına BMT də şərait yaradıb. Ermənistan öz illik hesabatı ilə yanaşı, ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin də hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edib və bu sənədlər 6 dildə BMT-nin rəsmi səhifəsində yayımlayıb. Ötən gün parlamentdə də bununla bağlı ciddi məsələ qaldırdıq və mən öz çıxışımda bildirim ki, saxta hesabat ciddi narahatlıq doğuran məsələdir və bununla bağlı təcili tədbirlər görülməlidir. Rəsmi qurumlarımız, XİN, BMT-dəki nümayəndəliyimiz vasitəsiylə buna etirazımızı bildirməliyik.

Qurumlarımız etiraz etməklə yanaşı, bu məlumatın saytdan çıxarılmasını tələb etməlidir. Buna nail olmalıyıq. Bu addım BMT İnsan Haqları Nizamnaməsinə, qətnamələrə ziddir. Çünki BMT özü bizim ərazi bütövlüyümüzü tanıyıb. BMT-nin mandat verdiyi ATƏT-in Minsk Qrupu bu münaqişənin tənzimlənməsi prosesinə uzun illərdir cəlb olunub. Bütün bu addımlardan sonra BMT-nin Ermənistanın bu təxribatına şərait yaratması ciddi narahatlıq doğurur. BMT ofisində kimlər bu təxribatın baş tutmasına şərait yaradıbsa, onların cəzalandırılması məsələsinə də baxmalıyıq. Onlar Azərbaycanın ərazi bütövlüyünə ciddi sayğısızlıq, hörmətsizlik ediblər. Bu, ölkəmizə qarşı təxribatdır. Buna görə Azərbaycandan üzr istənilməlidir. İnanıram ki, BMT-dəki nümayəndəliyimiz və Xarici İşlər Nazirliyimiz bu məsələyə ciddi şəkildə yanaşacaq”.

Millət vəkili onu da qeyd edib ki, BMT-nin Azərbaycanın bu məsələylə bağlı etirazlarına göstərdiyi münasibət bu təşkilatın mövqeyini də sübut edəcək:

“Paşinyanın Avropa Şurasındakı çıxışlarını diqqətlə dinlədim. Onun verdiyi mesajlardan da aydın olurdu ki, o, münaqişənin həllində istəkli deyil. Müxtəlif fikirləri ortaya ataraq, münaqişənin həllini bir az da uzatmaq məqsədi var. Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin ciddi bir effekt verəcəyinə inanmıram. Çünki Ermənistan rəhbərliyinin münaqişənin tənzimlənməsi istiqamətində niyyəti yoxdur”.

Tarix
2019.04.24 / 17:41
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla