Yuxarı

Şəhid plakatlarının məsciddən sökülməsi... - Sədr

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirib.

Report xəbər verir ki, M.Qurbanlı jurnalistlərə açıqlamasında şəhidlik zirvəsində hər bir şəhidin öz yerinin olduğunu qeyd edib.

Dövlət Komitəsinin sədri bildirib ki, şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirmək doğru deyil:

"Çünki şəhidlik bir ad altındadır və İslamda ayrılmırlar. Məscidlərdə Aşura günü zamanı Qarabağ şəhidləri və digər şəhidləri yad edirlərsə bu tamamilə doğrudur. Çünki bu dinlə ziddiyyət təşkil etmir".

"Qafqaz Müsəlmanları İdarəsinin bu ilki fətvasında xüsusilə qeyd olunur ki, İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələrini izah edərkən xütbələrində Qarabağ şəhidləri də yad edilsin. Bu həm dinimiz, həm də QMİ-nin fitvasında var. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yalnışdır", - deyə o əlavə edib.

Tarix
2019.09.10 / 12:52
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla