Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Noyabr 2019


Topqapıda İrəvanın adı belə saxtalaşdırıldı – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Türkiyədə maraqlı bir faktın üstünü açıb. Belə ki, M.Abbasov Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Topqapı Saray Muzeyində Rəvan köşkü ilə bağlı məlumat lövhəsində ingilis dilində verilmiş hissədə “Rəvan” yerinə “Yerevan köşkü” (“Yerevan Kiosk”) yazılmasının şahidi olub.

Kult.az xəbər verir ki, ssenarist problemə diqqət çəkərək yanlışlığın aradan qaldırılması gərəkdiyini deyib.

“Məncə, belə yazmaq daha düzgün və məntiqli olardı: “İrəvan - Azərbaycan torpaqları daxilində yerləşən, əsasını Şah İsmayıl Xətai qoymuş Səfəvilər dövlətinin ərazisi olan, ondan sonra yaranmış İrəvan xanlığının ərazisi, 1918-ci ildən bəri “Armeniya”nın ərazisidir”. Amma indiki yazıdan belə təəssürat yaranır ki, “Armeniya”nın tarixi az qala, Osmanlıdandan əvvələ gedib çıxır”.

M.Abbasov yanlışlıqla bağlı muzey bələdçisinə müraciət etdiyini, lakin müraciətinə qarşılıq olaraq ondan muzeyi tərk etməsi tələb edildiyini də vurğulayıb.

Məsələ ilə bağlı Kult.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, bu yanlışlıq iki səbəbdən ola bilər:

“Birincisi texniki səbəb görə, ikincisi isə ikili standartlardan qaynaqlana bilər. Ola bilsin ki, müəlliflər mənasını axtarıb tapa bilməyiblər deyə, “Yerevan” formasında yazıblar. Digər bir məsələ də odur ki, Şah İsmayılla Sultan Səlimin savaşını həzm edə bilməyən bəzi türkiyəli tarixçilər də Azərbaycana qarşı belə xırda detallardan istifadə edə bilərlər. Hər kəsə bəllidir ki, ermənilər Türkiyədə müxtəlif strukturlarda - nəşriyyatda, universitetlərdə və s. çalışırlar. Türkiyədə islamı qəbul etmiş gizli ermənilər var ki, onlara “hemşinlər” deyirlər. Tarixi adın bu formada verilməsində həmən ermənilərin də əli ola bilər”.

Z.Əliyev İrəvan adının tarixi mənasından da danışıb:

“İrəvan adının tarixi çox qədimdir. Bir sıra mənbələrdə göstərilir ki, İrəvan qədim yaşayış məskənlərindən biri olub. Hətta burada o qədər qədim abidələr olub ki, Türkmənçay müqviləsindən sonra həmin şəhərdəki abidələrin dağıdılmasına başlanılıb.

Ermənilərin belə bir versiyası var ki, guya “İrəvan” sözünün kökü “eurmedi” sözündən əmələ gəlib, mənası “görünür” deməkdir. Amma bu, çox yanlış bir fikirdir. Tarixi mənbələrə görə, İrəvan adı “Van” sözündən götürülüb, mənası “yurd” deməkdir, yəni “Ərvan” - ərlərin, türklərin yurdu.

Yüzillərlə türk sülaləsinin hakimiyyətində olan bir şəhərin “Yerevan” adlandırılması Azərbaycanın rus imperiyası tərəfindən işğalından sonra baş verib”.

Tarixçinin sözlərinə görə, Azərbaycan tərəfi buna rəsmi reaksiya verməlidir:

“Xüsusilə də Azərbaycan Tarix İnstitutu və Mədəniyyət Nazirliyi yanlışlığın ortadan qaldırılmasına çalışmalıdır. Bu, ona görə vacibdir ki, gözümüz görmədən, hiss eləmədən tariximizi saxtalaşdırırlar”.

AMEA-nın elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli də məsələyə münasibət bildirib:

“Tarixi adların dəyişdirilməsi bəzən yanlışlıq kimi qeyd olunsa da, məqsədli şəkildə edilir. Hesab edirəm ki, bu, erməni mafiyasının toruna düşənlərin işidir. Amma məlumatsızlıqdan da edilmiş bir səhv ola bilər, bunu istisna etmək olmaz.

Tarix İnstitutu mütəmadi olaraq belə problemləri araşdırır, Vikipediyada yol verilən və ya ermənilər tərəfindən saxtalaşdırılan tarixi yanlışlıqların aradan qaldırılması istiqamətində işlər görür.

“Yerevan” adı 1918-ci ildən sonra ermənilərin ortaya çıxardığı bir addır. İrəvan adı Rəvan xanın adından götürülüb. Sadəcə bizdə bir çox adların əvvəlinə “i” saiti əlavə olunur. Məsələn, İrəcəb, İrəhim və s”.

D.Əzimli yol verilən səhvin aradan qaldırılması üçün Mədəniyyət Nazirliyinin də müraciətini vacib sayıb:

“İrəvan 5 minillik tarixə malik bir şəhərdir, orada ermənilərin izi belə olmayıb. Ona görə də XVII əsrə aid bir köşkün məlumat lövhəsində “Yerevan” kimi qeyd edilməsi yolverilməzdir. Bu, sadəcə düşmənin xeyrinə işləyir.

Güman edirəm ki, bu məsələ də AMEA-nın diqqətində saxlanılacaq”.

Qeyd edək ki, Rəvan Köşkü 1635-ci ildə sultan dördüncü Murad tərəfindən Rəvan zəfərindən sonra inşa edilib

Tarix
2019.10.21 / 14:17
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Ruhani təyyarədə sürprizlə qarşılaşdı - Foto

Bakı sakini itkin düşdü

Müğənninin evi qarət edildi

Bakıda bəylə gəlin piketə düşdü - Video

Bakının ən böyük prospektində qəza

Bakıda ağacı kəsərək üstünü asfaltladılar

Müslüm Maqomayevin xanımı xəstəxanaya yerləşdirildi

Xose və qardaşının bıçaqlanması ilə bağlı cinayət işi başlandı

Mehriban Əliyeva xalqımızı təbrik etdi

Azərbaycanlı müğənni: Öləcəyim tarixi dəqiq bilirəm! - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla