Yuxarı

Azərbaycanlı heyət Çində: 160 ölkənin konfransı... – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetinin (ADU) nümayəndə heyəti — şöbə müdiri Sərraf Hüseynov və Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin Hunan əyalətinin - Çanşa şəhərinin inzibati mərkəzində Çin dilinin tədrisi ilə bağlı keçirilən beynəlxalq konfransda iştirak edib.

Kult.az xəbər verir ki, konfrans Çin Təhsil Nazirliyinin Xaricdə Çin dilinin yayılması üzrə Dövlət Dəftərxanası tərəfindən təşkil edilib. Tədbirdə 160-dan çox ölkədən 1000-dən çox Çin və xarici nümayəndə, həmçinin, Çin dili müəllimləri Ümumdünya Assosiasiyasının rəhbərliyi yer alıb.

Konfransın açılış mərasimində çıxış edən Çin Dövlət Şurasının Baş nazirinin müavini xanım Sun Çunlan, təhsil nazirinin müavini Tin Syuedyun “Bir kəmər-bir yol” layihəsinin həyata keçirilməsində iştirakçı ölkələrin sivilizasiyalararası mübadiləsi çərçivəsində Çin dili və mədəniyyətinin yayılmasında Konfutsi İnstitutlarının mühüm rol oynadığını qeyd ediblər.

“Çin və xarici ölkələr arasında mədəni mübadilə” seksiyasının iclasında iştirak edən ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Bir kəmər, bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsi sahəsində aparılan tədqiqatlarda ADU Konfutsi İnstitutunun elmi və təhsil fəaliyyətindən danışıb.

Tarix
2019.12.13 / 16:41
Müəllif
Kult.az
Digər xəbərlər

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

ABŞ-ın Azərbaycan və Ermənistana planı...

Prezidentlərin təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla