Yuxarı

Azərbaycanın idman tarixində ilk deflimpiya medalı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın idman tarixində ilk deflimpiya medalı - Foto

Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında Azərbaycan öz idman tarixində ilk deflimpiya medalını qazanıb.

Axar.az xəbər verir ki, medalı ölkəmizi cüdo yarışlarında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Coşqun Əliyev qazandırıb.

Cüdo yarışlarının ilk günündə tatami üzərinə çıxan deflimpiyaçımız əvvəlcə 1/8 finalda Cənubi Koreyadan Çoi Junho, 1/4 finalda xorvatiyalı Tonzetiç Yosipi, yarımfinalda isə Niderlanddan olan Vesteroff Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.

Həlledici mərhələdə Coşqun Əliyev rəqibi braziliyalı Dantas Pedroya məğlub olsa da, Azərbaycan tarixində ilk dəfə olaraq Deflimpiya Oyunlarında gümüş medal qazanan deflimpiyaçı kimi tarixə düşüb.

Mükafatlandırma mərasimində idmançımıza medalı Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin vitse-prezidenti Yutaka Osugi təqdim edib.

Noyabrın 26-dək davam edəcək və ümumilikdə 3 mindən çox idmançının iştirak etdiyi XXV Yay Deflimpiya Oyunlarında ölkəmiz ilk dəfədir 6 idman növü üzrə 20 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, deflimpiya hərəkatı eşitmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına xidmət edir.

Deflimpiya Oyunları dünyanın ikinci ən qədim beynəlxalq çoxnövlü idman tədbiridir.

Tarix
2025.11.16 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla