Yuxarı

"Barselona" Mark Andre ter Ştegeni bu kluba icarəyə verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Barselona" Mark Andre ter Ştegeni bu kluba icarəyə verdi

Almaniyalı qolkiper Mark Andre ter Ştegen "Barselona" klubundan ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mark Andre ter Ştegen mövsümün sonuna qədər "Jirona" klubuna icarəyə verilib. Futbolçu 2026-cı il iyunun 30-na qədər orada forma geyinəcək.

Qeyd edək ki, alman qapıçı 2014-cü ildə "Borussiya Mönhenqladbax" klubundan "Barselona"ya transfer olunub. O, "Barselona"da 423 matça çıxmaqla Viktor Valdesdən (534) sonra ən çox oyun keçirən ikinci qapıçıdır. Kataloniya klubunda keçirdiyi 11 mövsüm yarım ərzində altı ölkə çempionluğu, altı Kral kuboku, bir UEFA Çempionlar Liqası, beş İspaniya Superkuboku, bir Avropa Superkuboku mükafatları və bir Klublararası Dünya kuboku qazanıb.

Tarix
2026.01.21 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla