Yuxarı

Bankirin klubu çökdü – Açıqlama

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin "Simurq" klubunda maliyyə problemi dərinləşib. Zaqatala komandasında əmək haqları verilmir.

Axar.az-ın məlumatına görə, "İnter"lə qardaş komanda olan "Simurq"da artıq "yarpaq tökümü" başlanıb. Klubdan ayrılan Azərbaycan millisinin türkiyəli futbolçusu Əli Gökdəmir gedişinin səbəblərini açıqlayıb. Futbolçu apasport.az saytına müsahibəsində bunları deyib:

"3 aydı maaşlar verilmir. Klubdan da dedilər ki, indi pul olmayacaq. Söz veriblər ki, gələn mövsümün əvvəlində pulumuzu alacağıq. Mən də evə dönmək qərarına gəldim. Çünki zədələnsəydik, müalicə xərcini də özümüz çəkəcəkdik. Bu riskə girmək istəmədim. Mənim FİFA-ya müraciət etmək fikrim yoxdu. Gələn mövsümün əvvəlinə qədər gözləyəcəm. Müqaviləmi ləğv etdim. "Simurq"un yaşayıb-yaşamayacağını gözləyə bilməzdim".
Ə.Gökdəmir söyləyib ki, Almaniyada heç bir sponsor mövsümün gedişində belə asanlıqla komandanı ata bilməz:

"Burda qaydalar var. Sponsor belə edərsə, böyük məbləğdə cərimə olunar. Burda hər ayın 25-də maaşlar hesaba yatırılır. İki gün gec olsa, sənə əlavə 100-200 avro cərimə pulu da ödəyirlər. Amma Azərbaycanda ilk dəfədi belə hal başıma gəlir. Məncə, pul problemi olmasaydı, biz Avrokuboka vəsiqə qazanacaqdıq. Futbolçu "pul hər şey deyil" deyirsə, yalan danışır. Çünki hər bir insanın pula ehtiyacı var. Mən ailəmi dolandırmalıyam, övladımın gələcəyi üçün indidən nəsə etməliyəm".

Tarix
2015.05.08 / 22:16
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Laçında Şərif bu feldmarşalı 2 dəfə ayağa qaldırdı - Tanıyın!

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla