ABŞ təyyarəsi Türkiyə silahı ilə vurulmayıb - Nazirlik
02:23
| Ana səhifə İdman |
|
Tanınmış idmançı və aktyor Şükran Soltanov atdığı addımla gündəmə gəlib.
Axar.az Milli.az-a istinadla xəbər verir ki, Şükran 65 yaşı olan valideyninə həmişə arzuladığı "Mersedes" markalı avtomobil hədiyyə edib.
Bu anları sosial şəbəkə hesabından paylaşan idmançı düşüncələrini belə ifadə edib:
"Atamın 65 yaşı tamam oldu. Ata, səni ürəkdən təbrik edirəm. Sən hər şeyin ən gözəlinə layiqsən. Sənə nə etsəm də, azdır. Yadıma gəlir, hər zaman bu sənin arzun olub. Ala bilmədiyin maşın idi. Allah sənə çox uzun ömür bəxş etsin. Nə qədər ki canımda can var, hər bir arzunu həyata keçirim. Sənin də, anamın da. Dostlar, yenə deyirəm, söhbət avtomobilin hansı qiymətə olmasından getmir, məsələ illər öncə arzu edib, ala bilmədiyi maşından gedir".
|
Tarix
2024.06.19 / 19:01
|
Müəllif
Axar.az
|