Yuxarı

Baxşıyev Qara Qarayevin durumundan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baxşıyev Qara Qarayevin durumundan danışdı

Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu da bizim maksimumuz deyil. Oyun planında daha da artırmalıyıq.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 12-ci turunda "Neftçi"yə qalib gəldikləri (1:0) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, edilən əvəzetmələrdən danışıb:

"Futbolda elə qanun yoxdur ki, əvəzetmədən meydana daxil olan futbolçu oyunu dəyişməlidir. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Çünki həmin mövqedə yerli olmadığı üçün əcnəbi futbolçumuzu meydana buraxdıq. İkinci hissə birinci hissədən daha çox epizodlara girdik. Sadəcə son nöqtəni qoya bilmədik".

Mütəxəssis futbolçusu Qara Qarayevin durumu haqda da söz açıb:

"Qaranın durumu hamıya bəllidir. İki gün öncə mənim istəyimlə komandaya qoşulub. Günlər keçdikcə Qara komandamıza fayda verəcək. Psixoloji durumu qaydasındadır. Keçmişlə yaşayacağıqsa, gələcəyə heç vaxt ümid olmayacaq. Onu başa düşür. Qaraya hər bir dəstəyi verməyə hazırıq.Qara təcrübəli futbolçudur. Yaxşı performansa çatacaq".

E. Baxşıyev futbolçusu Turan Vəlizadəyə oyunun 90+3-cü dəqiqəsində verilən qırmızı vərəqə ilə bağlı danışıb:

"İki sarı vərəqə ilə cəzalandırıldı. Cavan futbolçudur. Cavanlarda emosiya daha artıq olur. İki oyun epizodu idi. Daha təmkinli olmalıdır. Ona ümumi irad yoxdur".

Tarix
2024.11.02 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla