Yuxarı

“Qarabağ” Çempionlar Liqasında: Mümkün rəqiblər...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki bütün mümkün rəqibləri bəlli olub. Eləcə də Azərbaycan çempionunun 3-cü mərhələnin püşkatmasında hansı səbətdə yer alacağı da müəyyənləşib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, yüksək reytinqinə görə “Qarabağ” 1-ci mərhələdən azad edilib və mübarizəyə birbaşa 2-ci mərhələdən başlayacaq. Burada Azərbaycan çempionu “səpələnmişlər” səbətində yer alacaq. Yəni nisbətən zəif komanda ilə qarşılaşacaq.

“Qarabağ”ın mümkün rəqibləri isə bu komandalardır:

“Pafos” (Kipr)

“Riyeka” (Xorvatiya)

Həmçinin 1-ci təsnifat mərhələsində qarşılaşacaq cütlüklərin qaliblərindən biri. Bu cütlüklərə aşağıda adları qeyd edilən komandalar daxildir:

“Jalgiris” (Litva)

RFS (Latviya)

“Zrinski” (Bosniya və Herseqovina)

“Linkoln Red İmps” (Cəbəllüttariq)

KUPS (Finlandiya)

TNS (Uels)

“Drita” (Kosovo)

“Breydablik” (İslandiya)

“Linfild” (Şimali İrlandiya)

“Buduçnost” (Monteneqro)

2-ci mərhələnin püşkatması 18 iyun tarixində keçiriləcək. Bu mərhələnin oyunları 22/23 və 29/30 iyulda baş tutacaq. 3-cü mərhələnin püşkatması isə 21 iyulda keçiriləcək. Yəni 2-ci mərhələnin oyunlarından əvvəl. Burada “Qarabağ” çətinliklə də olsa, “səpələnmişlər” səbətinə düşə bilib. Buna görə isə Xorvatiyanın “Riyeka” klubuna təşəkkür düşür. Dünən onlar ölkə çempionu olub və Zagreb “Dinamo” klubunu geridə qoyub.

“Riyeka”nın reytinqinin aşağı olması səbəbindən “Qarabağ” “Kopenhagen” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Ferensvaroş” (Macarıstan), Təl-Əviv “Makkabi”si (İsrail) və “Slovan” (Slovakiya) klubları ilə birlikdə “səpələnmişlər” səbətində olacaq.

Hazırda onların potensial rəqibləri arasında 2-ci mərhələnin cütlüklərində mübarizə aparacaq bu komandaların qalibləri ola bilər: Kiyev “Dinamo”su (Ukrayna), Polşanın “Lex” klubu, Bolqarıstanın “Ludoqorets”, Rumıniyanın FCSB, Sloveniyanın “Olimpiya” və İsveçin “Malmö” klubu. Lakin Bolqarıstan, Rumıniya, Sloveniya və İsveç çempionları əvvəlcə 1-ci təsnifat mərhələsini keçməlidirlər.

3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində baş tutacaq. Pley-off mərhələsinin püşkatması 4 avqustda keçiriləcək.

“Qarabağ”pley-off mərhələsinə yüksəlsə, “səpələnməmişlər” səbətində olacaq. Onun mümkün rəqiblər arasında Norveçin “Budyo-Qlimt”, Şotlandiyanın “Seltik”, həmçinin “Kopenhagen” (Danimarka), “Srvena Zvezda” (Serbiya) və “Ferentsvaroş” (Macarıstan) komandaları olacaq.

Tarix
2025.05.26 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla