Yuxarı

Tale Heydərovdan qələbə açıqlaması

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldır ki, hesab belə oldu. Ancaq hesab hər şey demək deyil. Ümid edirəm ki, komandamız növbəti görüşlərdə də belə nəticələr qazanacaq.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun prezidenti Tale Heydərov deyib.

"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Samtredia" üzərində 5:1 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran T.Heydərov yeni transferlərdən razı qaldığını söyləyib.

- Hesab aydındır, bəs komandanın oyunu sizi nə dərəcədə qane elədi?

- Bu barədə danışmaq çətindi. Hesaba baxsaq, deyə bilərik ki, yaxşı oynadıq. Növbəti rəqiblərlə oyunlardan sonra bunu demək daha asan olacaq.

- Yeni transferlərin oyununu necə dəyərləndirərsiniz?

- Mən şəxsən yeni transferləri bəyəndim. Yenə dəyirəm, onları da daha çətin sınaqlarda yoxlamaq lazımdı. Ancaq fikrimcə, pis çıxış etmədilər.

- Bu gün ən rahat matçınızı izlədiniz...

- Bəli, birinci dəfə idi belə rahat matç izləyirdim.

- Yeni transferlər gözlənilirmi?

- Bir hücumçu axtarırıq. Bu yaxınlarda yeni transfer baş tutacaq.

- İlkin təəssürat necədi, bu komanda daha güclü təsir bağışlayır, ya keçənilki?

- Bu barədə danışmaq çətindi. Ancaq fikrimcə, ən azından keçənilkindən pis deyil. Ola bilsin, hətta daha yaxşıdı. Bunu gələn oyunlarda biləcəyik.

- Komandanın qarşısına hansı mərhələyə qədər yüksəlmək hədəfi qoyulub?

- Hədəf həmişə daha irəli getməkdi. Keçənilkindən daha yaxşı çıxış etmək istəyirik.

- İlk oyunda 3 qol vuran Teo Uiksin çıxışını bir cümlə ilə necə şərh edərdiniz?

- Gözlənilməz idi. Biz hətta 3 qol vuracağımızı gözləmirdik, o ki qaldı bir oyunçunun 3 qol vurması. Çox da gözəl qollar idi.

- Ötən mövsümün sonunda "Qəbələ" bir qədər uğursuz çıxış elədi və sanki belə təəssürat yarandı ki, komandadan bir qədər incik düşmüsünüz. Avropada yenidən uğur qazanaraq həmin inamı qaytara bilərmi komanda?

- Bilirsiniz, bizim və şəxsən mənim komanda ilə bağlı hədəflərim həmişə böyükdür. Ona görə də mən keçən il Azərbaycan çempionatında daha yaxşı nəticə gözləyirdim. Ancaq təəssüf ki, bu, belə olmadı. Ümid edirəm ki, bəlkə bu oyunlarda uğurlu seriyanı bərpa edək.

- Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərirmi ki, "Qəbələ" artıq öz yetirmələrinə güvənəcək?

- Məşqçinin qarşısında hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları oynatsın. Bu gün də onun şahidi olduq. Hədəf budur.

Tarix
2016.07.01 / 00:18
Müəllif
Axar.az
Digər xəbərlər

Laçında Şərif bu feldmarşalı 2 dəfə ayağa qaldırdı - Tanıyın!

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla