Yuxarı

Ekspertlər ölkədə qiymət artımını mümkün sayır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət büdcəsindən maliyyələşən təşkilatların kommunal xərclərinin ödənilməsi istiqamətində müəyyən artımın nəzərdə tutulması 2014-cü ildə ölkədə qiymət artımının müşahidə ediləcəyi haqda xəbərlərə yol açdı. Maliyyə naziri Samir Şərifovun artım haqda son qərarı Tarif Şurasının verəcəyini bildirməsi də müəyyən müzakirələrə səbəb oldu.

"Dövlət büdcəsinin gəlir hissəsində gərginlik var"

Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov "Axar.az"a açqılamasında 2014-cü ilin dövlət büdcəsində müəyyən gərginlik olduğunu bildirərək, bahalaşmanın olacağını istisna etmədi:

"Bu barədə cənab Samir Şərifov da müəyyən izahat verdi. Bilirsiz, 2014-cü ilin dövlət büdcəsində olan təşkilatların kommunal xərclərinin ödənilməsi yönündə 15 faiz artım oldu. Bu da qiymətlərin artacağı yönündə müəyyən söz-söhbətlərə yol açdı. Bu, birbaşa Tarif Şurasının səlahiyyətərinə aid olan məsələdir. Mən Komitənin iclasında İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova ilə danışdım, amma o mənə bu haqda məsələnin gündəmdə olmadığını bildirdi. Buna baxmayaraq, sizə açıq deyim ki, dövlət büdcəsinin gəlir hissəsində müəyyən qədər gərginlik var. Buna səbəb də neftin istehsalının aşağı düşməsidir. Ona görə də vergilərin yığılmasında artım müşahidə edilə bilər. Amma yenə deyirəm, konkret olaraq bu haqda dəqiq söhbət yoxdur".

"Son 10 ildə ilk dəfədir ki, büdcə gəlirləri 4 faiz azalacaq"

İqtisadçı ekspert Natiq Cəfərli mümkün bahalaşmaya iki səbəbin olduğunu bildirdi və bunu büdcə gəlirlərinin azalması ilə əlaqələndirdi:

"Kommunal xərclərin artımı ilkin büdcə zərfində nəzərdə tutulub, amma bunun hansı miqdarda və nə qədər olacağı məlum deyil. Qiymət artımının bir neçə səbəbi var. Obyektiv səbəb odur ki, 2007-ci ildən üzü bəri hər il infilyasiya olur və son iki ildə bu ciddi müşahidə olunmasa da, 2007-08-ci illərdə açıq şəkildə özünü göstərmişdi. Amma buna baxmayaraq, kommunal qiymətlər artmadı. Olsa da, çox cüzi artımlar oldu. Daha bir səbəbi ondan ibarətdir ki, gələn ilin büdcəsində ciddi problemlərin işartıları var. Bu da büdcənin neft gəlirlərindən asılı olmağı və neft hasilatının son iki ildə kəskin azalması dövlət büdcəsində müəyyən problemlərə yol açır. Son 10 ildə ilk dəfədir ki, büdcə gəlirləri 4 faiz azalacaq. Ola bilər ki, hökumət bu problemləri aradan qaldırmaq üçün qiymət artımına getsin".

Tarix
2013.11.06 / 12:04
Müəllif
İlqar Vəliyev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla