Rəsmi rəqmələrə görə, ölkədə fəaliyyət göstərən banklar
tərəfindən 15 milyard manatdan çox kreditləşmə həyata keçirilib.Bu
isə banka borcu olmayan vətəndaş qalmayıb, deməkdir. Əhalinin
borclanma faizinin artdığı bir zamanda bankların şərtlərini
yüngülləşdirilməsi deyil, əksi müşahidə olunur. Xüsusilə, sektorda
inhisarçı funksiyasını yerinə yetirən bəzi bankların faizləri nə
Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzə sığorta
faizlərinə uyğun gəlir.
"Axar.az" xəbər verir ki, "Publika.az" həmin banklardan olan
"Bank of Baku"nun vətəndaşların cibinə necə girməsini
araşdırıb.
Bahalı kredit siyasəti
İstehlak kreditləri sahəsində ölkənin fəal banklardan olan "Bank of
Baku" hazırda ən yüksək faiz siyasəti yeridən banklardan biridir.
Maraqlısı isə odur ki, borcalanlar bankın internet ünvanında bir
faizlə, qapısında başqa faizlə qarşılaşırlar.
Qısası, faizlərdə endirim reklamları sadəcə müştəri ovuna
hesablanıb. Reallıqda hər hansı faiz endirimindən deyil, artımından
söhbət gedə bilər. Başlayaq nağd pul kreditlərindən. Hazırda bank
təkrar müştərilər üçün 7000 azn, müddəti 3 aydan 36 aya qədər
kredit təklif edir.
Kreditin illik faiz dərəcəsi 28-30 faiz, faktiki illik faiz
dərəcəsi minimum 22,80, maksimum 36,19 faizdir. Yeni müştərilər
üçün nəzərdə tutulan nağd kredit xəttinin minimum məbləği 250
manat, maksimum məbləği 1000 manatdır. Bu kreditin müddəti də 6 -12
ay, faiz dərəcəsi illik 28-32 faiz, faktiki illik faiz dərəcəsi
36,19, maksimum 39,27 faizdir. Göründüyü kimi, faizlər 28 faizdən
başlayır. Hələ bura müştərinin bankın onlayn səhifəsində rast
gəlmədiyi, bankda tanış olduğu komissiya haqqını da əlavə etsək,
minimum faizlər 32 faizdən başlayır.
Bankın müştərilərə təqdim etdiyi daha bir kredit təklifi sonuncu
ayın anutet ödənişinin həddiyəsi ilə bağlıdır. Şərtlərə nəzər
yetirəndə görürük ki, bank elə 6 ayda öz pulunu geri qaytarır. Belə
ki, bu kredit xəttinin minimum məbləği 390 manat, maksimum məbləği
1300 manat, müddəti 13 aydır. Bankın şərtində bildirlir ki, 1000
manat kredit götürdükdə 13 ay ərzində 100 manat ödəniş aparılır.
Təkcə bir kredit xəttində bank 300 manat qazanmış olur.
Təhsil işçiləri üçün nəzərdə tutduğu kreditin məbləği də aşağı
deyil. Məbləği 5000 manat olan kreditin müddəti 6-36 ay arası
təşkil edir. Orta aylıq əməkhaqqı 280 manat olan təhsil işçisinə
açılan kredit xəttinin faizi 32-dir. Faktiki illik faiz dərəcəsi
minimum 32,65 faiz, maksimum 39,27 faizdir.
Bankın istehlak kreditlərinin məbləği də aşağı deyil. Götürək,
komputer kreditlərini. "Bank of Baku"nun xətti ilə verilən komputer
kreditinin maksimum məbləği 1500 azn təşkil edir. Faizlər 28-30
faiz arasında dəyişir. Bu hamısı deyil. İlkin ödəniş də var. 20
faizdən başlayaraq.
Mebel kreditində də vəziyyət eynidir. Maksimum məbləği 3000
manat, müddəti 3-24 ay, illik 28-30 faiz, ilkin ödəniş 20 faizdən
başlayaraq avtomobil kreditlərinə gəlincə, "Audi" markalı avtomobil
üçün bank 60 min dollar krerdit ayırır.
Müddət 12, 18, 24, 36, 48, 60 aydır. İllik faiz 17-18 faizdən,
ilkin ödəniş 40 faizdən başlayaraq kreditləşmə həyata
keçirilir.
"Chevrolet" markalı avtomobillərdə də maksimum məbləğ 60 min
dollardır. Müddəti 12-60 ay arasıdır. İllik faiz dərəcəsi 17-18
faizdir.İlkin məbləğin 40 faizini ödəmək şərtilə.
Rusiya istehsallı avtomobillər üzrə isə faizlər yüksəkdir.
Minimum 500 dollar, maksimum avtomobilin dəyərinin 50 faizi
dəyərində məbləğ ayrılır. İllik faizi 26 faiz təşkil edir. İlkin
ödəniş 50 faizdən başlayır.
"Bolkart"la al, bala-bala dərdə düş
Kartlara gəlincə, başlayaq el arasında məşhur olan "Bolkart" taksit
kartından. "Bolkart"la al bala-bala ödə" deyən "Bank of Baku" 200
min nəfər istifadəçiyə heç də aşağı olmayan faizlər, şərtlər irəli
sürür.
Əvvəla bildirək ki, balansında minimum 300, maksimum 5000 manat
olan kartı pulsuz əldə etmək mümkündür. 36 ay müddətində kartla
alış-veriş edib 1, 3, 6, 12 aya qədər ödəniş aparılır.
Bankın digər taksit kartı - "Bolkart Nar"a gəlincə, orada da
şərtlər eynilədir. Sadəcə, fərq "Bolkart Nar"da MasterCard
loqosunun olmasıdır. Hansı ki, bununla istifadəçi dünyanın
istənilən məkanında alış-veriş imkanı qazanır.
Eyni zamanda, kartın balansındakı limiti nağdılaşdıra bilir. Bəzi
"Nar" istifadəçilərinə hətta daimi nağdlaşma imkanı yaradılır. Qeyd
etdiyimiz bütün bunlar kartların görünən "üzləridir". Hər bir şirin
yalanın arxasında acı həqiqət dayandığı kimi, "Bank of Baku"nun da
taksit kartlarının acısı böyükdür.
Necə? Başlayaq Novruz Bayramı ərəfəsində "Bolkart" sahiblərinin
nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə "Bank of Baku"
ASC-nın reallaşdırdığı nağdlaşdırma kampaniyasından. Şərtlərə
əsasən, martın 15-19-da kartdan pul çıxaran "Bolkart" sahibləri
mayın 10-dək faizsiz ödəniş imkanı qazanırlar. Nağdlaşdırmaya görə
komissiya haqqı isə 3 fazdir.
Yəni ötən ilin analoji dövründə "Bolkart" dakı məbləğin
nağdlaşdırılması üzrə komissiya haqqından yüksək. 2013-cü ildə bu
rəqəm 2,5 faiz idi. Görünür, istifadəçilərin sayının çoxluğu bankı
komissiya haqqını qaldırmaqla bağlı həvəsə gətirib. Lakin bu
məsələnin asan tərəfidir. "Bolkart"da vəsait nağdlaşdırılan zamanı
borcun anuitet ödənməsi imkanı yaradılmır. Belə ki, bank əvvəldən 3
faiz komissiya haqqı tutmaqla bərabər, limit müddətində borcu
ödəmədikdə əlavə aylıq 3 faiz alır. Məsələn, siz 250 manat
nağdlaşdırmısınızsa pul tam şəkildə qaytarılana qədər aylar üzrə
hər 100 manata 3 faiz – 7.5 manat ödəniş edəcəksiniz. Bu vəsait
əsas borcdan silinməyəcək. "Bank of Baku" konkret klassik sələmçi
funksiyasını yerinə yetirir.
Partnyor mağazaların faizləri digər taksit kartlardan
yüksəkdir
Taksitlə alış-verişin şərtlərinə nəzər yetirək. "Albalı" kartdan
fərqli olaraq, "Bolkart"da partnyor mağazaların faizləri aşağı
deyil. Düzdür, reklam çarxlarında, elanlarında kartın əsas
üstünlüyü kimi faizsiz olması önə sürülür. Əslində doğurdan da bank
birbaşa heç bir faiz tətbiq etmir.
İstifadəçilər faizlərlə partnyor mağazalarda tanış olurlar.
Xüsusilə, bahalı dükanların faizləri bəzən hətta adi ipoteka
kreditlərinin faizlərini belə geridə qoyur.
Məsələn, 1 st "COMP Electroniks" 6 aylıqda əlavə 9 faiz, 12 aylıqda
17 faiz, "Billur Electrik" 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə
13 faiz, 12 aylıqda əlavə 21 faiz, "Baku Electronics" 6 aylıqda öz
qiymətinə, amma 6 faiz komissionla, "İntegral Plus" 6 aylıqda əlavə
10 faiz, 12 aylıqda 15 faiz, "Beko" 3 aylıqda 6 faiz, 6 aylıqda 10
faiz, 12 aylıqda əlavə 16 faiz, "Bermud City" 3 aylıqda 6 faiz, 6
aylıqda 10 faiz, 12 aylıqda əlavə 16 faiz, "Comp-City" 3 aylıqda
əlavə faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 20 faiz,
"Cred Ex" 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12
aylıqda 21 faiz, "EV Electronics" 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda
əlavə 14 faiz, 12 aylıqda əlavə 20 faiz, "LG" Eloktrincs 3 aylıqda
əlavə 8 faiz, 6 aylıqda əlavə 14 faiz, 12 aylıqda əlavə 21 faizlə
alış-veriş imkanı verir. Geyim dükanlarında da vəziyyət
eynidir.
"Batik"də "Bolkart"la alış-veriş edəkən müştərinin hesabından 3 və
6 ayda 10 faiz, "Barutti"də 3 aylıqda əlavə 6 faiz, 6 aylıqda əlavə
12 faiz, "Cacharel"də 3, 6 aylıqda 14 faiz, "GUESS kids"də əlavə
komissiya ilə 3 aylıqda əlavə 5 faiz, 6 aylıqda əlavə 7 faiz,
"MANGO"da 3 aylıqda 5 faiz, 6 aylıqda 7 faiz, "Next"də 3 ay üçün 5
faiz, 6 aylıqda 7 faiz, "Daniels"də 6 aylıqda 10 faiz, 12 aylıqda
15 faiz tutulur.
Beləliklə, taksit kartı adı altında az qala istehlak keditlərinin
faizlərinə bərabər faizlər tətbiq olunur. Mobil telefon
dükanlarının faizlərindən danışmağa belə dəyməz.
"Əlincə Line"də 3 aylıqda əlavə 8 faiz, "Mobiltel"də 3 aylıqda
əlavə 8 faiz, 6 aylıqda əlavə 13 faiz, 12 aylıqda əlavə 21 faiz,
"Nur Mobile"də 3 aylıqda əlavə 8 faiz, 6 aylıqda əlavə 16 faiz, 12
aylıqda əlavə 24 faiz, "Azercell Nurlan Telekom"da hətta 12 aylıqda
faizlər 25 faizlə satış həyata keçirilir.
Məsələnin ciddi tərəfi faizlərdən banka da pay düşməsidir. Bank
mağazalarla anlaşma nəticəsində faiz alır. Sadə dillə desək,
alış-veriş zamanı alınan hər bir paltara, əşyaya görə həm partnyor,
həm də bank gizli gəlir götürür.
Partnyor mağazalar bankın səhmdarlarına aiddir
"Bolkart"da partnyor olan mağazaların əksəriyyəti "Bank of Baku"nun
ən böyük səhmdarına - "Nab Holding"ə (40%) məxsusdur. Əsas ofisi
İstanbulda yerləşən holdinq Azərbaycan, Türkiyə və Tacikistanda bir
sıra sektorlarda fəaliyyət göstərir. Hansı ki, bura avtomobil,
maliyyə, xidmət sektorları daxildir. Azərbaycanda pərakəndə satış
sektorunda şirkət "Baku Electronics"lə təmsil olunur. "Samsung",
"Siemens", "Bosch", "Tefal", "Nintendo", "Moulinex" və "Canon" kimi
tanınmış markalarla yanaşı, ümumilikdə 80-a yaxın markanın
distributorluğunu həyata keçirir.
Bundan əlavə, "Baku Service Company", "Auto Azerbaijan", "Qafqaz
Lizinq", "Buta Sığorta" da şirkətə məxsusdur. Düzdür, "Bolkart"da
"Buta Sığorta"nın xidməti 6 aylıqda öz qiymətinədir. Bununla belə,
"Buta Sığorta"nı partnyorlar sırasına daxil etməklə, "Bank of Baku"
ikitərəfli qabağa düşüb. "Bolkart"da restoran xidmətinə daxil olan
partnoylardan "Sultan’s Restaurant" ve "Sultan’s Plus" fast-food
şəbəkəsi də "Bank of Baku"nundur. Hərçənd ki, bu restoranların
xidmətindən istifadə 1-ci ayda öz qiymətinədir. Amma sonrakı
aylarda "Bank of Baku"nun hansı faizləri biçəcəyini özündən başqa
kimsə bilmir.
Milyonların müqabilində işçilərlə davrana
bilmir
Audit hesabatlarına əsasən, 2012-ci ildə bankın faiz gəliri
94,305 min manat, xalis faiz gəliri 58,098 min manat təşkil edib.
2013-cü il tarixində isə "Bank of Baku"nun kredit portfeli ötən
ilin sonunda 570 milyon 923 min 300 manata çatıb. Kreditlərin 548
milyon 211 min 400 manatı və ya 96%-i fiziki şəxslərə verilib.
Bank ticarət və xidmət sahəsinə 15 milyon 432 min 300 manat, kənd
təsərrüfatına 6 milyon 650 min 600 manat, maliyyə lizinqinə isə 629
min manat vəsait ayırıb. Kredit portfelində vaxtı keçmiş
kreditlərin (25 milyon 395 min 100 manat) xüsusi çəkisi 4,5% təşkil
edib. 2013-cü ilin sonuna bankın aktivləri 665 milyon 530 min 210
manat, depozit portfeli 392 milyon 830 min 920 manat olub. Konkret
"Bank of Baku" 2013-cü ili 38 milyon 259 min manat xalis mənfəətlə
başa vurub. Xalis mənfəət əldə etməkdə rəqiblərini geridə
qoyub.
Çoxları düşünə bilər ki, bu qədər yüksək maliyyə göstəriciləri olan
bankın xidmət səviyyəsi yüksəkdir, Koorporativ Sosial Məsuliyyət
layihələrində aktiv iştirak edir, işçilərə münasibət əladır. Heç də
yox.
Götürək bankla telefon əlaqəsini. "Bank of Baku"ya müraciət edən
vətəndaş işçi sayının azlığı səbəbindən dəqiqələrlə növbədə
gözləməli olur. Operator növbədə bəzən 20 nəfərin gözlədiyini
deyir. Bu hamısı deyil. 38 milyon 259 min manat xalis mənfəəti olan
bankda məvaciblər də aşağıdır. Əmək haqqı regionlarda 400 manat,
mərkəzdə maksimum 700 manat təşkil edir. Məhz bu və digər səbəbdən
də bankın onlarla yüksək ixtisaslı, sıravi işçisi digər banklara
transfer edib. Son 1-2 ildə "Bank of Baku"nu tərk edərək "AG Bank",
"Kapital Bank", VTB-yə üz tutanlar var.
"Bank of Baku" "Wikileaks"də
Bankın adı son zamanlar qalmaqallarda hallanır. Keçmiş İqtisadi
İnkişaf naziri və qardaşının bankda paylarının olduğu irəli
sürülür. 2010-cu ildə isə "Wikileaks"də "Bank of Baku"nun iranlı iş
adamları tərəfindən idarə olunduğu və İrandan xarici ölkələrə
çirkli pulların çıxarılmasında iştirak etdiyi yazılmışdı. Lakin
sonradan bank bu məlumatı təkzib etmişdi. Bildirdi ki, əsas
səhmdarlardan olan "Nab Dıs Ticaret" Türkiyədə yaşayan iranlı iş
adamları Eromi ailəsinə məxsusdur. Eromi ailəsinin üzvləri həm
Azərbaycanda, həm də ölkədən kənarda tanınmış və nüfuzlu iş
adamlarıdırlar.