Yuxarı

"Kapital Bank" yeni filialını istifadəyə verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kapital Bank" filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakı şəhəri, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küç. 4 ünvanında yerləşən “Bravo” hipermarketdə yeni 91-ci filialını istifadəyə verib.

Bankdan Axar.az-a verilən məlumata görə, müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək.

"Kapital Bank" həmçinin, yeni filialda “Bravo” marketlə birgə müştərilərə kredit aksiyası təqdim edir. Şərtlərə görə hiper marketdə məişət texnikası əldə edən müştərilər ilk 3 ay ərzində faizsiz ödəmə imkanı əldə edirlər. Bu aksiyadan bütün müştərilər faydalana bilər. Kredit 12 ay müddətə rəsmiləşdirilir.

Qeyd edək ki, "Kapital Bank" filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Buzovna şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.04.17 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan ABŞ-ın İrana hücumu ilə bağlı bəyanat

Ceyhun Bayramov Pakistan XİN başçısı ilə görüşdü

ABŞ-ın İrana zərbəsi: Bakı monitorinqi gücləndirdi

“İran hilalı” məhv edildi: İndi "baş"a son zərbələr endirilir

ABŞ İranı vurdu – Ərdoğan və Putinin cavabı...

Tələyə düşən İranın qisası: Tehran Türkiyəni də vuracaq?

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla