Yuxarı

Kərə yağının faydası və zərəri - Həkim

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kərə yağının faydası və zərəri - Həkim

Keyfiyyətli inək südündən hazırlanmış kərə yağı insan orqanizmi üçün çox faydalıdır. Tərkibindəki vitaminlər (A,E,D,B qrup) saçın, dişlərin, sümük sisteminin, dərinin inkişafında xüsusi rol oynayır.

Axar.az xəbər verir ki, bu sözləri kərə yağının insan orqanizminə faydalarından və əks təsirindən danışan həkim Vaqif Qarayev qeyd edib. O bildirib ki, kərə yağı beyin hüceyrələrinə və mədə-bağırsaq sisteminə müsbət təsir edir:

“Kərə yağı qadınlarda reproduktiv funksiyanı normallaşdırmaqla yanaşı, uşaqlarda cinsi hormonların yetişməsində faydalı hesab olunur. Amma xolesterini artırdığına görə ürək və beyin damarlarına mənfi təsiri haqqında mübahisələr bu gün də səngimir. Sadəcə, bu təsirlərdən qorunmaq üçün kərə yağından rasional istifadə etmək lazımdır. Gündə 15-30 qram istifadə etmək lazımdır. Bütün günü kərə yağında hazırlanmış qızardılmış və çətin həzm olunan yeməklərdən istifadə etmək zərərlidir. Satışda müxtəlif qiymətlərə satılan kərə yağları var. Ucuz qiymətə olan kərə yağları birmənalı keyfiyyətsizdir. Tərkibində orqanizmə ziyan verən müxtəlif qatqılar var. Onlardan istifadə etməsək yaxşıdır. Kərə yağından istifadə edin, amma aşırı miqdarda yox”.

Tarix
2017.10.10 / 15:05
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla