Yuxarı

Ekspertlərdən neftin ucuzlaşmasına fərqli yanaşma

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünya bazarında neftin qiymətinin daha da ucuzlaşması ehtimalı olduqca yüksəkdir".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Qadir İbrahimli dünya bazarında neftin qiymətinin ucuzlaşmasını şərh edərkən deyib.

O, ucuzlaşma istiqamətində ehtimalların böyük olduğunu bildirib:

"Yadınızdadırsa, 2008-ci ildə qlobal maliyyə böhranından qabaq, ilin birinci yarısında neftin qiyməti 154 dollara qədər yüksəlmişdi. Daha sonra ilin ikinci yarısında böhran başlayan kimi qiymət sürətlə düşməyə başlayaraq, düz 33 dollara qədər enmişdi. Buna görə indi də belə bir ehtimal realdır. Ancaq bu dəfə minimal hədd 43 və ya 53 də ola bilər. Bu, bazar konnekturasına uyğun bir məsələdir. Hesab edirəm ki, ehtimallar özünü doğruldacaq. Ancaq konkret minimal hədd-qiymət demək çətindir. Hazırda sözügedən məsələ iqtisadi səbəblərdən çox qlobal siyasi məsələlərdən asılıdır. İstənilən halda neftin qiymətində ucuzlaşma davam edəcək. Çünki Avropa Rusiyanı bu kimi dinc yolla çökdürməyə çalışır. Bu, artıq qlobal şəkildə qəbul olunmuş bir konsepsiyadır. Rusiya Qərblə anlaşanadək proses davam edəcək. Bu baxımdan da neftin düşmə ehtimalı kifayət qədər yüksəkdir".

Sözügedən məsələ ilə bağlı iqtisadçı ekspert İlham Şaban Axar.az-a açıqlamasında bildirdi ki, neftin qiymətinin düşməsi daha çox neft bazarındakı tendensiyalardan asılıdır:

"Dünən neftin qiyməti 89 dollar idi. Bu gün isə 85 dollara olub. Amerikada artıq 81 dollar, Rusiyada isə 82 dollardır. Neftin qiymətinin bundan sonra daha da düşəcəyi hər hansı ehtimallarla bağlı deyil. Sözügedən məsələ bazardakı tendensiyadan asılıdır. Neftin qiymətinin bu gün sürətlə düşməsi isə Amerika Enerji Agentliyinin açıqlaması ilə əlaqədardır ki, ölkə gələn il üçün dünyanın neftə olan tələbatının 600 min barel azalması ilə bağlı proqnoz verib. Bax, əsil məsələ budur. Neftin hazırkı durumda 50 və ya 70 dollara düşəcəyi və yaxud da 110 dollara qalxacağı ilə bağlı ehtimalların nə dərəcədə real olduğunu demək çətindir. Bu, dünyada gedən iqtisadi proseslərlə bağlıdır. Ən əsas məsələ ondan ibarətdir ki, 2017-ci ilədək neftin qiyməti ilə bağlı olan nəticələr artıq heç vaxt 100 dollar olmayacaq. Üç ay bundan öncə qiymət 115 dollar idi, indi isə 85 dollardır. Onu da qeyd edim ki, neftin qiyməti 90 gün ərzində 30 dollara qədər düşdü. Ancaq bu hadisəni öncədən proqnozlaşdırmaq mümkün olmadı".

Tarix
2014.10.15 / 20:06
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla