Yuxarı

“Xəzri” sistemi Ukraynada tərəfdaş sırasını genişləndirir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” Ukraynanın qabaqcıl banklarından olan “Privat Bank” ilə “Xəzri” sürətli pul köçürmə sistemi çərçivəsində tərəfdaşlığa başlayıb.

Axar.az xəbər verir ki, atıq müştərilər “Privat Bank”ın çoxsaylı (2500 artıq məntəqə) filiallarında “Xəzri” sistemində köçürmə və ödəniş əməliyyatları apara bilərlər. Köçürmələrə görə müştərilərdən 1% (minimum 2 USD/EUR) komissiya haqqı tutulur.

Əlavə olaraq Ukrayna ərazisində yerləşən “Kapital Bank”ın çoxsaylı partnyolarının ("Oşadbank", "Praveks Bank", "Akkordbank", "Kristalbank" və "İbox Bank") məntəqələrində də “Xəzri” sistemi ilə əməliyyatların aparılması mümkündür.

Həmçinin ölkə daxilində 1000 manatadək pul köçürmə əməliyyatını www.xazri.az saytı və MilliÖn ödəniş terminalları vasitəsilə etmək mümkündür. Müştərilər ölkə daxili göndərilən pul vəsaitini günün istənilən saatında 600-dən artıq “Kapital Bank” bankomatlarından və ya sistemin çoxsaylı tərəfdaş bankların filiallarından komissiyasız nağdlaşdıra bilərlər. Ölkədaxili köçürmələrə görə müştərilərdən 0,8% (min. 1 AZN) komissiya haqqı tutulur.

Qeyd edək ki, Xəzri hazırda Azərbaycan bazarının ən böyük pul köçürmə sistemidir. 2018-ci il üzrə sistem vasitəsilə 400 000-ə yaxın, ümumi məbləği 200 mln. manatadək köçürmə əməliyyatı aparılıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.04.15 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla