Yuxarı

İranlı turistlər Azərbaycana axın edəcək? - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı turistlər Azərbaycana axın edəcək? - Ekspert

Azərbaycanla İran arasında sırf iqtisadi sferada, özəlliklə də turizm sektorunda əməkdaşlıq üçün çox geniş imkanlar var.

Bu barədə sanksiyaların götürülməsi fonunda İranla Azərbaycan arasında iqtisadi əlaqələri, özəlliklə də turizmin inkişaf perspektivlərini Axar.az-a şərh edən iqtisadi alim Vüqar Bayramov deyib. Ekspert iranlı turistlərin Azərbaycana cəlb edilməsi üçün atıla biləcək addımlardan danışıb:

"İranda xeyli azərbaycanlı yaşayır, yaxın qonşuluq münasibətləri, eyni zamanda, dil baryerinin olmaması və ən əsası nəqliyyat xərclərinin ucuzluğu iranlıları turist kimi Azərbaycana cəlb etməyə imkan verir. Azərbaycanın təbiəti və iqlimi isə coğrafi baxımdan olduqca əlverişlidir. Ümumiyyətlə, Azərbaycan yerli turizminin İrandan xeyli sayda turist cəlb edə bilməsi gözləniləndir. Bunun üçün ən əhəmiyyətli addımlardan biri ölkədə turistlərin qəbulu ilə bağlı infrasutrukturun inkişaf etdirilməsidir. Çünki hazırda ölkə turizmi potensial olaraq ən çox 42 min turist qəbul etmək imkanına malikdir. Bu potensialın artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, qonşu ölkələrdən, xüsusilə də Rusiyadan Azərbaycana gələn turistlərin sayında artımlar istisna edilmir".

İqtisadçı hesab edir ki, Azərbaycan hazırkı şəraitdə İrandan maksimum faydalanmalıdır:

"İran həm turistlərin, həm də bütövlükdə turizm sektoruna investisiyaların cəlb edilməsi baxımından yeni baza və imkanlar deməkdir. Bunun üçün bütün imkanlar dəyərləndirilməlidir. Bu aspektdən İranda Azərbaycan turizm imkanlarının tanıdılmasına böyük ehtiyac var. Azərbaycan iş adamları və ölkə turizmi bütün imkanlardan faydalanmaqla bütövlükdə bu sektorun inkişafına təkan verə bilərlər".

Ekspertin sözlərinə görə, qiymətlərin tənzimlənməsi bu istiqamətdə vacib rol oynayacaq:

"Yerli turizm üzrə xidmətlərin dollarla ifadədə ucuzlaşmasına baxmayaraq, iranlı turistlərin ölkəyə cəlb olunması üçün bunun davamlı olmasına ehtiyac var. Eyni zamanda, keyfiyyətin artırılması, müxtəlif cür turist xidmətlərinin təklifi də olduqca vacibdir. Yəni yalnız istirahət deyil, müalicəvi, tarixi turizm imkanları da təqdim olunmalıdır. Məsələn, Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinə ziyarətlərin, tarixi turistik səfərlərin təşkili baxımından Gəncə iranlı turistlər üçün cəlbedici görünə bilər".

Qeyd edək ki, fevralın 23-də Prezident İlham Əliyev İrana rəsmi səfər edib. Dövlət başçısı İran rəhbəri ilə görüşdə Azərbaycanda investisiya, özəlləşdirmə, daxili və xarici investorlar üçün böyük planların həyata keçirilməsinə və bu islahatlar sayəsində iranlı investorlara yeni imkanların yaradıldığına diqqət çəkib.

Tarix
2016.02.26 / 09:33
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla